"ABŞ bundan sonra Türk xalqının etimadını necə qazana biləcəyinin yollarını axtarmalıdır"

Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım ABŞ rəhbərliyinin bundan sonra Türk xalqının etimadını necə qazana biləcəyinin yollarını axtarmasının vacibliyini dilə gətirib.

1020953

Binəli Yıldırım İzmir şəhərində jurnalistlərin suallarına cavab verərkən Fətullahçı Terror Təşkilatı və PKK adından cinayət törətdiyi, casusluq etdiyi iddiası ilə saxlanılan rahib Endryu Bransonun ev həbsinə məhkum edilməsindən sonra ABŞ-ın Türkiyəyə “sanksiya” tətbiq edəcəyi təhdidinə reaksiya göstərərək deyib ki, təhdidin bizim üçün bir əhəmiyyəti yoxdur. ABŞ hüquq dövlətidirsə biz də hüquq dövlətiyik. ABŞ bu təhdid ifadələrindən əl çəkməlidir. Bundan sonra Türk xalqının etimadını necə qazana biləcəyinin yollarını axtarmalıdır.

Әlaqәli Xәbәrlәr