Mehmet Şimşək rus sərmayəçilərini Türkiyəyə dəvət etdi

Türkiyə baş nazirinin müavini  Mehmet Şimşək Rusiya baş nazirinin müavini Arkadiy Dvorkoviç və rus iş adamları ilə danışıqlar aparmaq üçün Rusiyanın paytaxtı Moskvaya səfər etdi.

854519

Şimşək ilk olaraq, Rusiyanın ən böyük bankı "Sberbank"ın ev sahibliyi ilə keçirilən tədbirdə rus iş adamları ilə bir araya gəldi.
 
 Türkiyə və Rusiya arasında iqtisadi əlaqələrindən bəhs edildiyi tədbirdə rus şirkətlərinin Türkiyəyə yönələn sərmayələri müzakirə edildi.
 
 Mehmet Şimşək Türkiyə və Rusiyanın çox güclü və böyük potensiala malik iki qonşu ölkə olduğunu xatırladaraq:"Hazırda ticarət dövriyyəmiz 20 milyard dollar səviyyəsindədir və bunu çox rahat bir şəkildə 5 dəfə çoxalda bilərik. Qarşılıqlı sərmayələrdə güclü hərəkətlənmə var və bunu şaxələndirərək artırmaq lazımdır" dedi.
 
 Baş nazirin müavini Türkiyənin sərmayəçilərə  qapısının açıq olduğunu bildirərək:"Türkiyə və Rusiya bir araya gələndə həm əlavə dəyər istehsal edirlər, həm də regional sülhə, sabitliyə və rifaha töhfə verirlər" ifadələrini işlətdi.
 
Әlaqәli Xәbәrlәr