Xarici İşlər Nazirliyi Kıbrıs müzakirələrinə dair açıqlama yaydı

Kıbrıs Rum tərəfinin verdiyi bəyanatlarla prosesi təhrif etdiyi bildirildi.

747195
Xarici İşlər Nazirliyi Kıbrıs müzakirələrinə dair açıqlama yaydı

Şimali Kıbrıs Türk Cümhuriyyəti prezidenti Mustafa Akıncı və Rum lider Nikos Anastasiadis iyunun 4-də Ney Yorkda görüş keçirdilər. Həmin görüş BMT-nin baş katibi Antonio Quterreşin dəvətilə baş tutdu.

Türkiyə görüşdən sonra yayımlanan açıqlama barədə bildirdi ki, Kıbrıs Rum tərəfi verdiyi bəyanatlarla prosesi təhrif etdi. Bu da onların səmimiyyətsizliyini və məsələnin həllinə istiqamətli siyasi iradədən nə qədər məhrum olduğunu göstərdi.

Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olundu ki, Türkiyə yanvarın 12-də Cenevrədə keçirilən Kıbrıs  Konfransının ön şərt irəli sürülmədən yenidən keçirilməsinə hazırdır. Kıbrıs probleminə ədalətli, daimi və genişmiqyaslı həll yolu tapılması barədəki qətiyyətli mövqeyini davam etdirir. Bu çərçivədə Rum lider Anastasiadisin Nyu-Yorqdakı görüşdən sonra yaydığı açıqlama prosesin başa çatdırılması üçün atılmış addım kimi qiymətləndirilir. Mustafa Akıncının da Adaya qayıdarkən vurğuladığı kimi Quttereşin Kıbrıs Konfransının iyun ayı ərzində hər hansı şərt irəli sürülmədən yenidən keçirilməsinə ehtiyac duyulduğu anlayışı əks etdirilir.

Baş katibin açıqlamasında da 11 fevral 2014-cü ildə Liderlərin Birgə Bəyənatına da toxunularaq, bütün mövzuların bir-biri ilə irtibatlı olaraq müzakirə ediləcəyi və hər mövzuda razılıq əldə olunmadan hər hansı nəticə çıxa bilməyəcəyi də xüsusilə vurğulanıb.

Vəziyyət belə olduqda baş katibin həmin açıqlamasının möhdəvasının, mürəkkəbi hələ qurumadan Kıbrıs Rum icması tərəfindən təhrif olunmağa başlanması və Cenevrə Konfransı üçün Rum liderin irəli sürdüyü ilkin şərtlərin ortaya qoyulması Rum tərəfinin səməmiyyətsizliyi və məsələnin həlli istiqamətindəki iradədən nə qədər məhrum olduğunu bir daha ortaya qoymuşdur.

Liderlərin BMT baş katibi ilə görüşlərində ələ olunan razılığın möhdəvasının Rum tərəfində daxili siyasi gözləntilərə xidmət göstərəcək şəkildə təhrif olunaraq şərh edilməsi əsasən Kıbrıs Rum tərəfinin Türk tərəfi ilə siyasi bərabərlik əsasında yeni tərəfdaşlıq yaratmağı istəyib istəmədiyi mövzusundakı sualları da gücləndirmişdir.

Kıbrıs konfransının yenidən keçirilməsi ilə əhatəli həll yolunun ortaya qoyulması istiqamətindəki son fürsət dəyərləndirilərək, Adada iki ildən artıq zamandır davam edən müzakirə prosesinin uğurlu şəkildə nəticələnməsi hədəf götürülübsə bütün iştirakçıların Türkiyə və Şimali Kıbrıs Türk Cümhuriyyəti tərəfindən ortaya qoyulan məsələnin həllinə dair iradəni əks etdirən təsisedici yanaşmasını mənimsəməsi lazımdır.



Әlaqәli Xәbәrlәr