“Problemləri həll edərək yeni bir Orta Şərq bərpa edilməlidir”,N.Kurtulmuş

Baş nazirin müavini Anadolu Nəşriyyatçılar Birliyi tərəfindən Konya şəhərində təşkil edilən Beynəlxalq Mədəniyyət Turizm və Media Qurultayında çıxış edib.

529351

Numan Kurtulmuş çıxışında deyib ki, Orta Şərqdə  fərqli etnik və məzhəblər arasında baş verən münaqişələr bölgə insanına həyatı zəhər edir. Türkiyə buna razılıq göstərmir. Problemlərin həllində razılıq əldə edərək yeni bir Orta Şərq bərpa edilməlidir.

Suriyada 5 ildir davam edən vətəndaş müharibəsinə diqqət çəkən Kurtulmuş bildirib ki, rejimin əhaliyə atəş etməsi ölkədə vətəndaş müharibəsi yaranmasına gətirib çıxardı. Özgələri adından davam edən döyüşlər Suriyada hər şəyi yerlə-yeksan etdi. Ölkə təşkilatlar konfederasiyasına çevrilib.

“Müxtəlif ölkələr dəstək olur və Orta Şərqdə regional mənada nüfuz qazanmağa cəhd göstərir.  Dünyanın ən gözəl şəhərləri xarabaya çevrilib”- baş nazirin müavini vurğulayıb.

Әlaqәli Xәbәrlәr