‘‘Türkiyәdә ildә 50 min qeyri-qanuni miqrant saxlanılır’’

Daxili işlər naziri Əfqan Ala Türkiyədə ildə orta hesabla 50 min qeyri-qanuni miqrantın saxlanıldığını deyib.

443413
‘‘Türkiyәdә ildә 50 min qeyri-qanuni miqrant saxlanılır’’

Daxili işlər naziri Əfqan Ala Türkiyədə ildə orta hesabla 50 min qeyri-qanuni miqrantın saxlanıldığını deyib.

Daxili işlər naziri Əfqan Ala məclisdә 2016-ci ilin büdcə qanunu layihəsinin müzakirələri çәrçivәsindә çıxışı zamanı qaçaq miqrant məsələsinə toxunub.

Nizamsız miqrasiyanın qarşısının alınması və dəniz yolu ilə hәyata keçirilən qeyri-müntəzəm miqrasiya fəaliyyəti zamanı qaçqınların həyatlarının xilas edilməsi üçün böyük səylәrin göstәrildiyini vurğulayan Ala, “2015-ci ildə 91 min 611 qeyri-leqal miqrant saxlanılıb'' deyə bildirib.

Əfqan Ala Türkiyәnin qlobal terrorizmlə ən fəal mübarizə edən ölkə olduğunu vurğulayıb.

Son dövrdə Orta Şərqdə baş verәn hadisələrin, qeyri-sabitliyin terrorçulara və terror mərkəzlərinə yeni imkanlar yaratdığını deyən nazir Suriya və İraqda yaranan şәrait nәticәsindә terror təşkilatlarının ittifaq və əməkdaşlıq edərək dünyanın müxtəlif yerlərində hücumlar təşkil etdiyini qeyd edib.

Əfqan Ala terror qrupları arasındakı әmәkdaşlığın fevralın 17-dә Ankarada törәdilәn xain hücumda açıq-aydın görüldüyünü vurğulayıb. Cənub-şərqdəki hadisələrə də diqqət çəkən nazir şəhər və rayon mərkəzlərində mәskən salan terrorçuların zərərsizləşdirilməsi, partlayıcılar yerlәşdirilmiş barrikadaların ortülmәsi, vətəndaşların can və mal təhlükəsizliyinin təmin olunması üçün qәtiyyәtlә mübarizə aparıldığını bildirib.



Әlaqәli Xәbәrlәr