"Prezident üsul idarǝsi sistemi İnkişafı sürǝtlǝndirǝcǝk":Kalın

"Türkiyǝnin prezident üsul idarǝsi sisteminǝ keçmǝsi mǝsǝlǝsi millǝtlǝ məsləhətləşilərək neticelendirilecek bir mövzudur"

410304
"Prezident üsul idarǝsi sistemi İnkişafı sürǝtlǝndirǝcǝk":Kalın

Bunu Prezident sözçüsü İbrahim Kalın, Prezident Külliyesindǝ tǝşkil etdiyi mətbuat konfransında deyib. Kalının sözlǝrinǝ görǝ prezident üsul idarǝsi sistemi kimi əhəmiyyətli bir mövzunu millətdən müstəqil, ayrı düşünmǝk sǝhv olar. Bu sǝbǝbdǝn referanduma çıxarılmalıdır. prezident Rəcəb Tayyib Ərdoğanın mövzu ilǝ bağlı mövqeyinin mǝlum olduğunu ifadǝ edǝn Kalın, Prezident üsul idarǝsi sistemi sayǝsindǝ Türkiyənin daha da inkişaf edǝcǝyinǝ inamının tam olduğunu vurğulayıb.
Prezident üsul idarǝsi sisteminin prezident Ərdoğanın öz gələcəyi ilə əlaqədar olmadığını deyǝn Kalın, tarixə keçmiş, millətin könlünü fǝth etmiş vǝ qanunlar çǝrçivǝsindǝ güçlü bir lider olan Prezidentin belə bir şeyə ehtiyacının olmadığı qeyd edib.
Terrora qarşı mübarizǝ mövzusuna da toxunan Kalın, “ 7 iyun və 1 noyabr seçkilərindən sonra da prioritet mövzu olan terrorun hər növünə qarşı mübarizǝ davam edǝcǝk” deyib.
Suriya problemi ilə əlaqədar Vyanada iki dəfə Suriya yığıncağının baş tutduğunu da xatırladan Kalın, Əsədin gələcəyi ilə əlaqədar fikir fǝrqliliklǝrinin davam etdiyini, baxmayaraq əlaqədar tərəflərin masa ətrafında olmaları nǝzǝrindǝn müdafiǝ etdiklǝrini, İran istisna olmaqla digər ölkələrin də iştirak etməsini müsbət karşıladıklarını vurğulayıb.
Beynəlxalq cəmiyyətin qaçqınlar mövzusuna dair sǝylǝrinin qǝnaǝtbǝxş olmadığını bu mövzu ilǝ bağlı bir plan açıqlamadığını da ifadǝ edǝn Kalın, Prezident Külliyesinin vətəndaşların üzünǝ açılmasına dair lazımlı işlǝrin sürǝtlǝ aparıldığını, yaxın tarixdǝ hǝftǝnin müəyyən günlərində ziyarǝtçi qǝbul edilǝcǝyini sözlǝrinǝ ǝlavǝ edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr