Çavuşoğlu Türk-Amerika Mədəniyyət Mərkəzini ziyarət edib

Çavuşoğlu: “24 Apreldə Vaşinqtonda tәşkil edilәcәk barış və həmrəylik yürüşünә bütün müsəlmanları dəvət edirәm” .

242158
Çavuşoğlu Türk-Amerika Mədəniyyət Mərkəzini ziyarət edib

Çavuşoğlu: “24 Apreldə Vaşinqtonda tәşkil edilәcәk barış və həmrəylik yürüşünә bütün müsəlmanları dəvət edirәm”
Xarici İşlər Naziri Mevlut Çavuşoğlu, Amerikalı həmkarı John Kerryinin dəvətinә görә getdiyi ABŞ-da görüşlәr keçirir.
ABŞ-na sәfәri çәrçivәsindә Maryland əyalətindəki Türk-Amerikan Mədəniyyət Mərkəzini ziyarət edən Çavuşoğlu daha sonra Müsəlman cəmiyyəti nümayəndələriylә günorta yeməyində bir araya gəlib.
Mərkəzin bütün müsəlmanların birlikdə ibadət edə biləcəyi mәkan olaraq inşa edildiyini ifadə edən Xarici İşlәr Naziri Çavuşoğlu, prezident Rəcəb Tayyib Ərdoğanın telefon danışığı zamanı hәmkarı Barak Obamaya mərkəzin açılışını birlikdә reallaşdıraq dediyini, cәnab Obamanın isә tәklifә müsbәt yanaşdığını bildirib.
İslamofobiyaya da diqqət çəkən Çavuşoğlu, "Təəssüf ki Əl-Qaidə və DEAŞ kimi terror təşkilatları, dünyadakı bütün müsəlmanların imicinə zərər verir. Bizlәrin vəzifəsi Amerikalılara və səlahiyyətlilərə DEAŞ-ın nə bir dövlət nə İslam olduğunu şәrh etmәkdir " deyә vurğulayıb.
Erməni diasporunun Türkiyə və İslam əleyhdarı işlәr icra etdiyini xatırladan Çavuşoğlu, 1915-ci ildə ölən müsəlmanlardan başqa ermənilərin də ağrılarını bölüşdüklәrini qeyd edib vә Müsəlman cəmiyyəti, 24 Apreldə Vaşinqtonda keçiriləcək 'Barış və Həmrəylik Yürüyüşü'ne çağırıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr