Parisdǝ iqlim dǝyişikliyinǝ hǝll yolları axtarılır

BMT Baş katibi Pan Gi Mun İqlim zirvǝsinin yekununda “açıq bir xǝbǝrdarlığın” vacib olduğunu söylǝyib.

396118
Parisdǝ iqlim dǝyişikliyinǝ hǝll yolları axtarılır

Parisdǝ dünǝn öz işinǝ başlayan BMT iqlim dǝyişikliyi üzrǝ konfransa 150 ölkǝnin dövlǝt vǝ hökumǝt nümayǝndǝlǝri qatılır. Konfransda iştirak edǝn liderlǝr qlobal istilǝşmǝnin azaldıla bilmǝsi üçün tǝdbirlǝr görülmǝsini istǝyiblǝr.
BMT Baş katibi Pan Gi Mun İqlim zirvǝsinin yekununda “açıq bir xǝbǝrdarlığın” vacib olduğunu söylǝyib.
Zirvǝnin açılış hissǝsindǝ çıxış edǝn Fransa prezidenti Fransua Olland niyyǝtlǝrin yer tutduğu bǝyannamǝlǝrin artıq kifayǝtli olmadığını, bu hǝftǝnin sonunadǝk yeni bir qlobal iqlim sazişinin imzalanmasının vacibliyini dilǝ gǝtirib.
ABŞ prezidenti Barak Obama isǝ “milli eqoistliyǝ” qarşı xǝbǝrdarlıq edǝrǝk bildirib ki, gǝlǝcǝk nǝsillǝrǝ yaşana bilǝcǝk bir dünya buraxılmalıdır.
Almaniya kansleri Merkel dǝ iqlimin qorunması mövzusunda dünyaya güclü xǝbǝrdarlıq edilmǝsinin vacibliyini vurğulayıb.
Dövlǝt başçısı Әrdoğan konfransdakı çıxışına Parisdǝki terror aktlarına görǝ başsağlığı verǝrǝk başlayıb vǝ zirvǝnin axırında ǝdalǝtli vǝ ǝhatǝli bir sazişin qǝbul edilmǝsinin daşıdığı ǝhǝmmiyǝti dilǝ gǝtirib.
Әrdoğan ikitǝrǝfli görüşlǝri çǝrçivǝsindǝ Fransa prezidenti Ollandla bir araya gǝlib.
Әrdoğan görüşdǝn sonra bir jurnalistin sualına cavabǝn deyib ki, Olland ilǝ bölgǝdǝki prosesi dǝğǝrlǝndirdik vǝ bundan sonrakı proses istiqamǝtindǝ atacağımız addımları planlaşdırdıq.
Dövlǝt başçısı Parisdǝ Ukrayna prezidenti Petro Poroşenko ilǝ dǝ görüş keçirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr