Brüssel ilin son zirvǝ yığıncağına ev sahibliyi edir

Belçikanın paytaxtı Brüssel 2015-ci ilin son liderlǝr zirvǝsinǝ ev sahibliyi edir.

412716
Brüssel ilin son zirvǝ yığıncağına ev sahibliyi edir

Belçikanın paytaxtı Brüssel 2015-ci ilin son liderlǝr zirvǝsinǝ ev sahibliyi edir.
Gündǝmdǝ qaçqın böhranına dair son vǝziyyǝt vǝ İngiltǝrǝnin islahatla bağlı istǝklǝri öz yerini tutur.
Mövzu zirvǝdǝn ǝvvǝl Türkiyǝnin dǝ qatıldığı kiçik zirvǝdǝ, sonra da liderlǝrin zirvǝsindǝ müzakirǝ edilir.
Avropa İttifaqına üzv 28 ölkǝnin hökumǝt vǝ dövlǝt rǝhbǝrlǝrinin qatılacağı zirvǝ yığıncağında müzakirǝ edilǝcǝk digǝr önǝmli mǝsǝlǝ isǝ İngiltǝrǝnin islahat aparılmasına dair tǝlǝblǝridir.
İngiltǝrǝ 2017-ci il başa çatmadan hǝyata keçirilǝcǝk referendumla Avropa İttifaqında qalıb qalmayacağını sǝsǝ qoymağa hazırlaşır.
Avropa İttifaqı Komissiyasının sǝdri Jan Klaud Yunker, İngiltǝrǝnin İttifaqdan ayrılmasını istǝmǝdiklǝrini dilǝ gǝtirdikdǝ, Avropa Şurasının sǝdri Danıld Tusk isǝ İngiltǝrǝnin islahat tǝlǝblǝrindǝn bǝzilǝrinin “qǝbul edilmǝz” olduğunu bildirib.
Zirvǝnin açılışında çıxış edǝn Devid Kemeron isǝ bu zirvǝdǝ razılıq ǝldǝ edilmǝsini gözlǝmǝdiklǝrini söylǝyib.
Bu arada Baş nazir Әhmǝd Davudoğlu Yunanıstan Baş naziri ilǝ tǝkbǝtǝk görüş keçirib.
Görüşdǝn öncǝ verilǝn açıqlamada hǝmkarı ilǝ bir araya gǝlmǝkdǝn mǝmnunluq duyduğunu dilǝ gǝtirǝn Davudoğlu bildirib ki, iki ölkǝ arasında başda qaçqın mǝsǝlǝsi böhranı olmaqla ortaq mövzular var. Türkiyǝ vǝ Yunanıstan “iki dost ölkǝ” kimi Avropada birgǝ çalışacaqdır. Bu ǝmǝkdaşlıq Avopanın da xeyrinǝ alacaq, ayrıca Şǝrqi Aralıq dǝnizindǝ sabitlik üçün dǝ ǝhǝmiyyǝt daşıyır.
Yunanıstan Baş naziri dǝ bildirib ki, bölgǝmiz vǝ Avropa üçün ilk planda qaçqın mǝsǝlǝsinǝ hǝll yolu tapılmalı vǝ bu mǝsǝlǝdǝ ǝmǝkdaşlıq edilmǝlidir. Xususilǝ Әgǝ dǝnizindǝ qaçqın axışı çox hǝssas bir mövzudur.
Baş nazir Davudoğlu Almaniya kansleri Angela Merkel ilǝ dǝ bir araya gǝlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr