Müqavilǝnin bugün imzalanacağı gözlǝnilir
Liviyada digǝr bir sıra qrupların dǝstǝklǝdiyi Tripoli vǝ Tobruk hökumǝtlǝrinin milli birlik hökumǝti qurmalarını nǝzǝrǝ alan müqavilǝnin bugün imzalanacağı gözlǝnilir.
Liviyada digǝr bir sıra qrupların dǝstǝklǝdiyi Tripoli vǝ Tobruk hökumǝtlǝrinin milli birlik hökumǝti qurmalarını nǝzǝrǝ alan müqavilǝnin bugün imzalanacağı gözlǝnilir.
BMT nümayǝndǝsi müqavilǝnin dünǝn imzalanmasının gözlǝndiyini ancaq logistik sǝbǝblǝrin buna mane olduğunu bildirib.
Tǝrǝflǝr Mǝrakeşdǝ son dǝfǝ yığıncaq keçirǝrǝk müqavilǝdǝki bǝzi ǝsasları bir daha müzakirǝ ediblǝr.
Qeyd edǝk ki, müqavilǝdǝ ölkǝdǝ atǝşkǝs elan edilmǝsi, milli birlik hökumǝtinin qurulması vǝ parlamentlǝrin birlǝşdirilmǝsi nǝzǝrǝ alınıb.
Liviyada bir-biri ilǝ toqquşan 100-dǝn artıq qrup var. Bu qruplardan hansılarının müqavilǝni qǝbul edǝcǝyi isǝ ǝsas problem kimi qalır.
Maltada bir araya gǝlǝn ölkǝdǝki iki parlamentin sǝdrlǝri isǝ keçǝn bazar günü Romada üzǝrindǝ razılıq ǝldǝ olunan müqavilǝni xaricdǝn tapşırıqla hazırlandığını irǝli sürǝrǝk qǝbul etmǝyib.
Parlament sǝdrlǝri özlǝrinin ayrı bir müqavilǝ hazırlamaq istǝdiklǝrini, bunun üçün vaxta ehtiyaclarının olduğunu bildiriblǝr.
Әlaqәli Xәbәrlәr
Brüssel ilin son zirvǝ yığıncağına ev sahibliyi edir
Belçikanın paytaxtı Brüssel 2015-ci ilin son liderlǝr zirvǝsinǝ ev sahibliyi edir.