Ərdoğan Parisdə görüşlər keçirəcək

Dövlət başçısı Rəcəp Tayyib Ərdoğan BMT-nin 21-ci iqlim üzrǝ konfransında iştirak etmək üçün Parisə səfər edib.

395856
Ərdoğan Parisdə görüşlər keçirəcək

Dövlət başçısı Rəcəp Tayyib Ərdoğan BMT-nin 21-ci iqlim üzrǝ konfransında iştirak etmək üçün Parisə səfər edib.
Bu gün sǝhǝr radǝlǝrindǝ yola düşən dövlət başçısı Parisdə əvvəlcə Fransa prezidenti Fransua Ollandın liderlərin şərəfinə verǝcǝyi naharda iştirak edəcək.
Nahardan sonra konfransda çıxış edəcək Ərdoğan, bir çox ölkələrin liderləri ilə ikitərəfli görüşlər keçirəcək.
Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel və digər liderlərlə bu gün bir araya gələcək Ərdoğan sabah Barak Obama ilə görüşəcək.
Dövlət başçısı Rusiya prezidenti Vladimir Putinə isə görüş təklif etdiyini və ondan cavab gözlədiyini söyləyib.

Vladimir Putinin sözçüsü Dmitriy Peskov isə bildirib ki, Putin Fransada keçiriləcək iqlim üzrə konfransda Türk həmkarı Rəcəp Tayyib Ərdoğanla görüşməyəcək.

Anadolu xəbər agentinin məlumatına əsasən, Putinin Türk tərəfilə hər hansı əlaqasə saxlamasının, xüsusilə telefonla görüşünün olub olmayacağı barədəki bir usalı isə Peskov belə cavablandırıb,proqramımızda hər hansı görüş planı yoxdur.
İqlim üzrǝ konfransa qatılan 147 ölkənin dövlət və hökümət başçıları, 2020-ci ildən etibarən bütün dünyada etibarlı saziş çərçivəsi ilə bağlı razılığa gələcəklər.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr