Dövlǝt başçısı vǝ Baş nazir prosesi yaxından izlǝyir

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan vǝ Baş nazir Әhmǝd Davudoğlu baş verǝn prosesi yaxından izlǝyir.

421693
Dövlǝt başçısı vǝ Baş nazir prosesi yaxından izlǝyir

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan vǝ Baş nazir Әhmǝd Davudoğlu baş verǝn prosesi yaxından izlǝyir.
Hava mǝkanını pozan tǝyyarǝnin düşürülmǝsindǝn sonra dövlǝtin zirvǝsi müxtǝlif addımlar atdı.
Dövlǝt başçısı Әrdoğan sǝlahiyyǝtlilǝrlǝ bir sıra telefon danışıqları keçirib.
Baş Qǝrargah rǝisi Hulusi Akar Dövlǝt başçısına telefon danışığında düşürülǝn tǝyyarǝ ilǝ bağlı mǝlumat verib.
Sǝrhǝddǝn kǝnarda baş verǝn hadisǝ Baş nazir Davudoğlunu qǝbul edǝn Әrdoğanın önǝmli gündǝm maddǝsi olub.
Görüşdǝ hadisǝnin detalları vǝ Türkiyǝnin izlǝyǝcǝyi yol xǝritǝsinin müzakirǝ olunacağı bildirilib.
Baş nazir Davudoğlu da hadisǝdǝn dǝrhal sonra Suriya sǝrhǝd mǝntǝqǝsindǝ baş verǝnlǝrlǝ ǝlaqǝli Xarici İşlǝr naziri Feridun Sunirlioğlu vǝ Baş Qǝrargah rǝisi general Hulusi Akardan mǝlumat alıb.
Baş nazir Davudoğlu Xarici İşlǝr Nazirliyi tǝrǝfindǝn NATO, BMT vǝ ǝlaqǝli ölkǝlǝr nǝzdindǝ lazim olan tǝşǝbbüslǝrin aparılmasını istǝyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr