7 ölkǝnin ortaq bǝyannamǝsi

Rusiyanın Suriyaya yönǝldilmiş hava ǝmǝliyyatlarına qarşı 7 ölkǝ ortaq bǝyannamǝ yayıb.

386223
7 ölkǝnin ortaq bǝyannamǝsi

Rusiyanın Suriyaya yönǝldilmiş hava ǝmǝliyyatlarına qarşı 7 ölkǝ ortaq bǝyannamǝ yayıb.
Türkiyǝ, ABŞ, Almaniya, İngiltǝrǝ, Fransa, Qǝtǝr vǝ Sǝudiyǝ Әrǝbistanı ortaq bǝyannamǝ yayaraq Rusiyaya Suriya müxalifǝtinǝ vǝ dinc ǝhaliyǝ yönǝldilmiş hava hücumlarına dǝrhal son qoyması vǝ DEAŞ ilǝ mübarizǝ cǝhdlǝrinǝ qoşulması üçün çağırış ediblǝr.
Bǝyannamǝdǝ bildirilib ki, Rusiya Federasiyasının Suriyaya hǝrbi yığınaq etmǝsindǝn vǝ xüsusilǝ rus hava qüvvǝlǝrinin dünǝndǝn Hǝma, Homs vǝ İdlibdǝ dinc ǝhalidǝn insanların ölümünǝ sǝbǝb olan vǝ terror tǝşkilatı DEAŞ-ı hǝdǝf götürmǝyǝn hücumlarından narahatlıq duyulur.
Bǝyannamǝdǝ gǝrginliyi dǝrinlǝşdirǝn bu hǝrbi ǝmǝliyyatların, radikal hǝrǝkǝtlǝri artıracağı da vurğulanıb.
Qeyd edǝk ki, Rusiyanın Homsa tǝşkil etdiyi hava hücumlarında mülki ǝhalidǝn 36 sakinin hǝyatını itirdiyi bildirilib. Rusiya isǝ bu hesabatları tǝkzib edǝrǝk Suriyadakı hǝdǝflǝrinin DEAŞ vǝ digǝr terror tǝşkilatları ilǝ mübarizǝ olduğunu müdafiǝ etmişdir.
Xarici İşlǝr naziri Feridun Sinirlioğlu da ötǝn gün verdiyi açıqlamada Türkiyǝnin mülki obyektlǝrin hǝdǝf alındığı barǝdǝki xǝbǝrlǝrǝ görǝ narahat olduğunu bildirmişdi.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr