Dünya gündǝminin ǝsas mövzularından biri: qaçqın böhranı

Türkiyǝ suriyalı qaçqınlar barǝdǝ xǝbǝrdarlıq edib.

351048
Dünya gündǝminin ǝsas mövzularından biri: qaçqın böhranı

Türkiyǝ suriyalı qaçqınlar barǝdǝ xǝbǝrdarlıq edib.
Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan müxtǝlif Avropa ölkǝlǝrinin daha çox qaçqın istǝmǝyǝrǝk keçid mǝntǝqǝlǝrini bağlaması qarşısında xǝbǝrdarlıq edǝrǝk deyib ki, keçid mǝntǝqǝlǝrini bağlamaq mǝsǝlǝni hǝll etmǝyǝcǝkdir. Avropa daha böyük bir köç dalğası ilǝ qarşı-qarşıya qala bilǝr. Sadǝcǝ 400 minǝ yaxın suriyalı qaçqını qǝbul edǝn Avropa İttifaqı tǝşvişǝ düşüb. “Biz 2011-ci ildǝn bǝridir 2 milyondan artıq qaçqını qonaq ǝtmişik. Suriyadakı mǝsǝlǝnin hǝlli üçün qǝddar rejimin tǝcili olaraq kǝnarlaşdırılaraq ǝvǝzinǝ xalqın iradǝsinǝ ǝsaslanan bir rǝhbǝriliyin vǝzifǝdǝ olması vacibdir” deyǝ Әrdoğan vurğulayıb.
Dövlǝt başçısı Әrdoğan bildirib ki, sǝrhǝd ǝrazilǝrimizdǝ terrorçulardan tǝmizlǝnmiş tǝhlükǝsiz bölgǝ yaradılmasına ehtiyac var. Bu qǝrar hǝm yeni qaçqın axınının qarşısını alacaq hǝm dǝ Avropanın qapılarına gedib çatan insanlara ölkǝlǝrindǝ yardım ǝli uzadılmasına imkan yaradacaq.
Dövlǝt başçısı mövzuyla bağlı olaraq Almaniya kansleri Angela Merkel ilǝ telefonla danışıb.
Merkel telefon danışığında Әrdoğana deyib ki, ilin axarınadǝk 800-1 milyon qaçqını ölkǝmizǝ qǝbul edǝcǝyik.
Merkel qaçqın mǝsǝlǝsindǝ Avropa İttifaqına üzv ölkǝlǝrin daha çox mǝsuliyyǝt üzǝrinǝ götürmǝsinin vacibliyini dǝ dilǝ gǝtirib.
Avropa ölkǝlǝrindǝ bu sǝviyyǝdǝ qaçqın axınına necǝ nǝzarǝt edilǝcǝyi ilǝ bağlı olaraq ciddi nǝzǝr ziddiyyǝtlǝri yaşanarkǝn İsveç bir hǝftǝdǝ 5200 qaçqını qǝbul edib.
Ölkǝdǝki Mühacir İdarǝsinin hesabatlarına ǝsasǝn İsveç iyun ayında 6619, iyul ayında isǝ 11 min 743 qaçqının sığınacaq istǝyini qǝbul edib.
Qaçqınlara qarşı sǝrt müdaxilǝsilǝ diqqǝt çǝkǝn Macarıstan isǝ Serbiya sǝrhǝdindǝn sonra Rumıniya sǝrhǝdinǝ dǝ hasar keçmǝyi planlaşdırır.
Macarıstanın sǝrhǝdlǝrini qeyri-qanuni keçidlǝrǝ bağlamasından sonra Serbiya tǝrǝfindǝ çoxlu sayda qaçqın namüǝyyǝnliyin hakim olduğu şǝaritdǝ gözlǝmǝkdǝ davam edir.
Digǝr tǝrǝfdǝn Çex Cümhuriyyǝtidǝ dǝ qaçqınlara qarşı keçid mǝntǝqǝsindǝ hǝrbçi yerlǝşdirǝ bilǝcǝyini açıqlayıb.
Avstriyada da rǝsmilǝr sentyabrın 17-dǝn tutmuş Macarıstan, İtaliya, Slovakiya vǝ Sloveniya keçid mǝntǝqǝlǝrindǝ müvǝqqǝti olaraq nǝzarǝtin başlanacağını bildirib.
Qaçqın böhranının Avropadakı nǝticǝlǝrindǝn biri dǝ Şengen sazişinin hiss edilǝcǝk sǝviyyǝdǝ qüvvǝdǝn düşmǝsi olub.
Fransanın Baş naziri Manuel Valls Avropada öz tǝsirini göstǝrǝn qaçqın böhranı qarşısında lazım gǝlǝcǝyi tǝqdirdǝ daha öncǝ Almaniyanın tǝtbiq etdiyi kimi sǝrhǝdlǝrdǝ Şengen ǝsaslarının dayandırlaraq şǝxsiyyǝt vǝsiqǝlǝrinin yoxlanması işinin başladılacağına dair xǝbǝrdarlıq edib.
Bütün bǝşǝriyyǝtin narahatlıqla izlǝdiyi qaçqınların üzbǝüz olduğu vǝziyyǝt Avropa İttifaqına dǝyǝrlǝrini vǝ qlobal mövqeyini gözdǝn keçirmǝsi üçün tǝzyiq edǝrkǝn digǝr tǝrǝfdǝn dǝ Türkiyǝnin tǝcili tǝdbirlǝr görülmǝsinǝ dair xǝbǝrdarlıqlarına cavab vermǝyi mǝcbur hala gǝtirir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr