Türkiyə Əfqanıstandakı kamikadze terrorunu qınayıb

Xarici İşlər Nazirliyi cümə axşamı Əfqanıstanın Logar şəhərindəki bir polis idarəsinə qarşı həyata keçirilən bombalı intihar hücumunu sǝrt dillǝ qınayıb.

317939
Türkiyə Əfqanıstandakı kamikadze terrorunu qınayıb

Türkiyə, Əfqanıstandakı kamikadze terrorunu qınayıb.
Xarici İşlər Nazirliyi cümə axşamı Əfqanıstanın Logar şəhərindəki bir polis idarəsinə qarşı həyata keçirilən bombalı intihar hücumunu sǝrt dillǝ qınayıb.
Nazirliyin açıqlamasında Türkiyənin terrorla mübarizə sahəsində dost və qardaş Əfqan hökumətinin və xalqının yanında olduğu və bu mövzudakı əməkdaşlığın davam etdirəcəyi vurğulanıb.
Əfqanıstanın Logar şəhərində bomba yüklü avtomobillə həyata keçirilən terror aktı nəticəsində 3 polis və 3 vətəndaş həyatını itirib, 7 nəfər isə xəsarət alıb. Hücuma görə məsuliyyəti Taliban öz üzərinə götürüb. Taliban sözçüsü Zabiullah Mücahed partlayışda Əfqan xüsusi təyinatlılarına aid mərkəzin hədəf alındığını açıqlayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr