Avrozona ölkǝlǝrinin liderlǝrinin növbǝdǝn kǝnar yığıncağı

Yunanıstanda referendumdan sonra indi dünya ictimaiyyǝtinin diqqǝt mǝrkǝzindǝ Avrozona ölkǝlǝrinin Brüsseldǝki növbǝdǝn kǝnar yığıncağı dayanıb.

336023
Avrozona ölkǝlǝrinin liderlǝrinin növbǝdǝn kǝnar yığıncağı

Yunanıstanda xalqın kreditorların tǝqdim etdiyi tǝdbir paketinǝ bazar günü keçirilǝn referendumda “yox” sǝsi vermǝsindǝn sonra indi dünya ictimaiyyǝtinin diqqǝt mǝrkǝzindǝ Avrozona ölkǝlǝrinin Brüsseldǝki növbǝdǝn kǝnar yığıncağı dayanıb.
Avrozona ölkǝlǝrinin ǝvvǝl Maliyyǝ nazirlǝri, daha sonra isǝ liderlǝri yığıncaq keçirǝcǝklǝr. Zirvǝ qǝrarı Avropa İttifaqı Şurasının sǝdri Danıld Tuskun referendumun nǝticǝsinin açıqlanmasının ardından etdiyi çağırışa ǝsasǝn qǝbul edilib.
Avropalı liderlǝr vǝ rǝsmilǝr yayımladıqları açıqlamalarda Yunanıstana qapıların hǝlǝ dǝ açıq olduğunu dilǝ gǝtirirlǝr.
Açıqlamalarda Afinanın xilasedilmǝ paketi üçün lazım olan şǝrtlǝri yerinǝ yetirmǝsi üçün çağırış edilir.
Digǝr tǝrǝfdǝn zirvǝ yığıncağına yeni bir tǝklif tǝqdim etmǝyǝ hazırlaşan Baş nazir Aleksis Çiprasa müxalifǝt partiyalarının liderlǝri dǝ dǝstǝk olma qǝrarı verib. Qǝrar Avropa İttifaqında müsbǝt qarşılanıb.
Avropa İttifaqı Komissiyasının üzvü Günter Ottinqer bildirib ki, Yunanıstanda siyasi partiyalar vǝziyyǝtin necǝ olduğunu başa düşüblǝr. Buna görǝ, bugün Avrozona ölkǝlǝrinin liderlǝr yığıncağında bir hǝftǝ ǝvvǝlkinǝ nisbǝtlǝ daha müsbǝt nǝticǝ ǝldǝ edilǝ bilǝcǝyinǝ inanıram.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr