Dəmirəl son mənzilə yola salınır

Türkiyə xalqı doqquzuncu Dövlət başçısı Süleyman Dəmirəli son mənzilə yola salır.

310010
Dəmirəl son mənzilə yola salınır

Türkiyə xalqı doqquzuncu Dövlət başçısı Süleyman Dəmirəli son mənzilə yola salır.
Türkiyə Böyük Millət Məclisində Süleyman Dəmirəl üçün ölkə səviyyəsində yas mərasimi təşkil olundu.
Mərasimdə Türkiyədən və xarici ölkələrdən olan yüksək səviyyəli dövlət adamları iştirak etdilər.
Yas mərasiminə Türkiyənin Dövlət Başçısı Rəcəb Tayyib Ərdoğan, Türkiyə Milli Məclisinin Sədri Cəmil Çiçək, Baş Nazir Əhməd Davudoğlu, Baş Qərargah rəisi General Necdet Özəl, CHP Rəhbəri Kamal Kılıcdaroğlu, Türkiyənin 11-ci Presidenti Abdullah Gül, MHP Rəhbəri Devlət Bahçeli ve bir sıra millət vəkilləri qatıldılar.
Türkiyənin keçmiş Baş Nazirlərindən Tansu Çilər və Dəmirəlin siyasi həyatında onunla uzun illər çiyin -çiyinə çalışmış İsmət Sezgin də yas mərasimində iştirak etdilər.
Aralarında Şimali Kipr Türk Cümhuriyyəti Prezidenti Mustafa Akıncının da olduğu bir sıra Xarici ölkə dövlət adamları da mərasimə qatıldılar.
Dəmirəlin şəxsi həkimi Aylin Cəsur mərasim başlamazdan əvvəl Süleyman Dəmirəlin heç zaman yanından ayrı tutmadığı şlyapasını cənazənin üzərinə qoydu.
Əvvəl Süleyman Dəmirəlin tərcümeyi-halı oxundu. Sonra mərasimə təkərli kresloda gələn Süleyman Dəmirəlin qardaş ı Şevket Dəmirəl nitq söylədi.
Şevket Dəmirəl böyük qardaşının Türk millətinin qəlbində hər zaman yaşayacağını söyləyərək : “Onu imanla, gözyaşları ilə əbədi istırahətə göndərəcəyik” dedi.
Türkiyə Prezidenti Rəçəb Tayyib Ərdoğan mərhum Dəmirəlin yarım əsr ərzində siyasıtin və dövlət idarəsinin hər pilləsində dəyərli xidmətlərindən bəhs etdi.
Ərdoğan: ”Qalıcı olmaq, millətin dilində danışmaq asan məsələ deyil. Dəmirəl bütün bu keyfiyyətləri özündə toplayan, simvol olmuş bir isimdir” deyə danışdı.
Yas mərasimi Süleyman Dəmirəlin bir dəqiqəlik sükutla yad edilməsi ilə sona çatdı.
Dəmirəlin nəşi top arabasına qoyuldu. Araba onu müşayət edən kortejlə bərabər Məclisdən çıxdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr