"Türkiyǝnin iqtisadiyyatı üçün sabitlik davam etmǝlidir",B.Arınc

Bülǝnt Arınc hǝr kǝsin Türkiyǝdǝ sabitliyi davam etdirǝcǝk hökumǝt qurulmasını istǝdiyini bildirib.

305393
"Türkiyǝnin iqtisadiyyatı üçün sabitlik davam etmǝlidir",B.Arınc

Bülǝnt Arınc hǝr kǝsin Türkiyǝdǝ sabitliyi davam etdirǝcǝk hökumǝt qurulmasını istǝdiyini bildirib.
Baş nazirin müavini Bülǝnt Arınc Nazirlǝr Kabinetinin yığıncağından sonra keçirdiyi mǝtbuat konfransında suallara cavab verǝrǝk deyib ki, Türkiyǝnin iqtisadiyyatı üçün sabitlik davam etmǝlidir. Hǝr kǝs bunu istǝyir.
Digǝr tǝrǝfdǝn koalisiya qurulması mǝqsǝdilǝ göstǝrilǝn fǝaliyyǝtlǝr davam edǝrkǝn Ankarada iqtisadiyyat dünyasının nümayǝndǝlǝri partiyaları ziyarǝt edǝcǝklǝr.
Türk Sǝnayeçi vǝ İş adamları Dǝrnǝyindǝn (TÜSİAD) nümayǝndǝ heyǝti Ankaradakı görüşlǝri çǝrçivǝsindǝ ilk olaraq Cümhuriyyǝt Xalq Partiyasının(CHP) sǝdri Kamal Kılıçdaroğlu ilǝ görüş keçirǝcǝk.
Heyǝt Milliyǝtçi Hǝrǝkat Partiyasının sǝdri Dövlǝt Bağçalı ilǝ partiyanın mǝrkǝz qǝrargahında bir araya gǝlǝcǝk.
Dǝrnǝk çǝrşǝnbǝ günü isǝ Әdalǝt vǝ İnkiyaf Partiyasını(AK) ziyarǝt edǝcǝk.
TÜSİAD tǝrǝfindǝn yayımlanan açıqlamada seçkilǝr nǝticǝsindǝ tǝmsil qabiliyyǝti güclü bir Mǝclisin yaranmasından duyulan mǝmnuniyyǝt dilǝ gǝtirilib.
Açıqlamada vurğulanıb ki, bu vǝziyyǝt iqtisadiyyat başda olmaqla hǝr sahǝdǝ Türkiyǝnin önünü açacaq bir hökumǝtin qurulması üçün bir fürsǝt kimi görülmǝlidir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr