Nepalda tǝbii fǝlakǝt qurbanlarının sayı durmadan artır

Son məlumatlara görə, Nepalda baş vǝrən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1900 nəfəri keçib, 5000-ǝ yaxın nəfər isǝ xəsarət alıb.

250219
Nepalda tǝbii fǝlakǝt qurbanlarının sayı durmadan artır

Son məlumatlara görə, Nepalda baş vǝrən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1900 nəfəri keçib, 5000-ǝ yaxın nəfər isǝ xəsarət alıb.
Dağılan binaların qalıqları altında çoxlu sayda insan olduğu, hǝmin sǝbǝbdǝn ölǝnlǝrin sayının arta bilǝcǝyi bildirilir. Ziyan dǝyǝn binalar arasında ǝsrlik mǝbǝdlǝr dǝ var.
Katmanduda tarixi bir qüllǝnin zǝlzǝlǝdǝ dağılması nǝticǝsindǝ 200-ǝ yaxın insanın qalıqların altında qaldığı bildirilib.
Bölgǝdǝ axtarış vǝ xilasetmǝ işlǝri davam edir.
Ölkǝdǝ son 81 il ǝrzindǝ baş verǝn bu ǝn güclü zǝlzǝlǝ dünyanın ǝn hündür dağı Everestdǝ qar uçqununa sǝbǝb oldu vǝ 10 alpinist hǝyatına son qoydu.
Zǝlzǝlǝ qonşu ölkǝ Hindistanla Bǝnqladeşdǝ dǝ ölümlǝrǝ sǝbǝb olub. Hindistanda 51, Tibetdǝ 17 vǝ Bǝnqladeşdǝ iki nǝfǝr ölüb.
Digǝr tǝrǝfdǝn tǝbii fǝlakǝtin yaşandığı Nepala ölkǝlǝrdǝn yardımlar çatdırılır.
Türkiyǝ bölgǝyǝ ilk mǝrhǝlǝdǝ 25 nǝfǝrdǝn ibarǝt yardım heyǝti göndǝrib. Heyǝt bölgǝyǝ bir miqdar yardım vǝsaiti dǝ aparıb.
Bu gün dǝ 45 nǝfǝrdǝn ibarǝt yardım dǝstǝsinin bölgǝyǝ getmǝsi planlaşdırılır.
ABŞ da Nepala humanitar yardımlar üçün 1 milyon dollar yardım ilǝ yardım dǝstǝlǝri göndǝrib. Hindistan da fǝlakǝt bölgǝsinǝ 4 ton humanitar yardım çatdırıb.
Tǝbii fǝlakǝt sǝbǝbi ilǝ Nepal hökumǝtinǝ başsağlığı verǝn İran da ehtiyac duyulan humanitar yardımları çatdırmağa hazır olduğunu açıqlayıb.
Kanada hökuməti dǝ zəlzələdən sarsılan Nepala 5 milyon dollar həcmində yardım edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr