Çanaqqaladan dünyaya dostluq mesajı

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Çanaqqaladan dünyaya dostluq mesajı verib.

248851
Çanaqqaladan dünyaya dostluq mesajı

Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan Çanaqqaladan dünyaya dostluq mesajı verib.
Çanaqqala savaşının 100-cü ildönümü münasibətilə keçirilən mərasimdə çıxış edǝn Dövlǝt başçısı deyib ki, terrorun, irqçiliyin, islamofobiyanın vǝ hǝr cür nifrǝti ǝhatǝ edǝn cǝrǝyanın çarǝsi bax buradadır. Biz bu ǝsri sülh ǝsrinǝ çǝvirmǝk üçün hǝr sahǝdǝ ǝmǝkdaşlığa hazırıq.
Mǝrasimdǝ çıxış edǝn İngiltǝrǝnin vǝliǝhd şahzadǝsi Çarls isǝ öz növbǝsindǝ deyib ki, liderlǝr, xalqlar vǝ icmalar olaraq nifrǝtǝ qarşı ahǝngin yaradılması üçün birgǝ işlǝmǝliyik ki, belǝ hǝrblǝrdǝ hǝyatını itirmiş insanların xatirǝsini şǝrǝflǝndirǝ bilǝyin.
Böyük coşğu və təntənə ilə qeyd olunan tədbirlərdə 21 ölkənin dövlət başçısı, 3 parlament sǝdri, 3 vitse-prezident, 5 baş nazir, 1 sabiq prezident, 28 nazir, 6 beynǝlxalq tǝşkilatın baş katibi olmaqla 90-a yaxın ölkǝdǝn yüksǝk sǝviyyǝli qonaq iştirak edir.
Çanaqqala cǝbhǝsindǝ şǝhid olmuş ǝsgǝrlǝr üçün hǝm türkcǝ hǝm dǝ ingiliscǝ dualar edilib.
Әrdoğan qonaq heyǝtlǝrin başçılarının şǝrǝfinǝ Savarona yaxtında şam yemǝyi verǝcǝk.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr