Bakıda yaşayış binasında güclü yanğın baş verib

Bakıda, yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binalarından birində taxta konstruksiyalar alışıb.

233668
Bakıda yaşayış binasında güclü yanğın baş verib

Bakıda, yenidənqurma işlərinin aparıldığı 9 mərtəbəli yaşayış binalarından birində taxta konstruksiyalar alışıb.
Hadisə yerinə 10-a yaxın yanğınsöndürmə briqadası cəlb olunub. Küləkli hava şəraitinin yanğınsöndürənlərin işinə çətinlik törədməsinə baxmayaraq, yanğın söndürülüb. Yanğın zamanı 3 nəfər xilas edilib. Binanın fasad hissəsi və iki mənzil yanıb.
140 sakin binadan təxliyə olunub. Xəsarət alan və ölən yoxdur.
Hadisənin baş vermə səbəbi araşdırılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr