Sanksiya mövzusunda çıxılmaz vǝziyyǝt

ABŞ ilǝ İran arasında sanksiyaların lǝğvinǝ dair problem baş verib.

225346
Sanksiya mövzusunda çıxılmaz vǝziyyǝt

ABŞ ilǝ İran arasında sanksiyaların lǝğvinǝ dair problem baş verib.
ABŞ Dövlǝt Katibi Con Kerrinin İrana tǝtbiq edilǝn sanksiyaların “mǝrhǝlǝli olaraq lǝğv edilǝcǝyinǝ” dair açıqlaması qarşısında İran “sanksiyalar bir dǝfǝdǝ lǝğv edilǝcǝk” açıqlaması yayıb.
İranın dövlǝt televiziyasına açıqlama verǝn İran Xarici İşlǝr nazirinin müavini vǝ Baş müzakirǝçi Abbas Arakçi ABŞ rǝhbǝrliyinin açıqlamalarının ǝksinǝ ölkǝsinǝ tǝtbiq edilǝn sanksiyaların bir dǝfǝlik lǝğv edilǝcǝyini deyib.
Arakçı bildirib ki, aprelin 2-dǝ İran Xarici İşlǝr naziri Cavab Zǝrif vǝ Avropa İttifaqının Xarici Әlaqǝlǝr Siyasǝti üzrǝ nümayǝndǝsi Federika Moqherini tǝrǝfindǝn oxunan birgǝ bildirişdǝ yer alan mövzular aydındır. Razılıq mǝtni tamamilǝ açıqdır. İqtisadiyyat, maliyyǝ sahǝsindǝki sanksiyalar vǝ BMT Tǝhlükǝsizlik Şurasının qoyduğu bütün embarqolar saziş qüvvǝyǝ mindiyi ilk gün tamamilǝ lǝğv edilǝcǝkdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr