Xarici İşlǝr naziri Maltada sǝfǝrdǝdir

Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu diplomatiya görüşlǝrini Maltada davam etdirir

255767
Xarici İşlǝr naziri Maltada sǝfǝrdǝdir

Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu diplomatiya görüşlǝrini Maltada davam etdirir.
Çavuşoğlu Maltada ilk olaraq hǝmkarı George Vella ilǝ görüş keçirib.
İki ölkǝ ǝlaqǝlǝri başda olmaqla gündǝmdǝki, regional vǝ beynǝlxalq mövzuların müzakirǝ edilǝcǝyi görüşdǝn sonra birgǝ mǝtbuat konfransı keçirilǝcǝk.
Xaciri İşlǝr naziri görüşlǝri çǝrçivǝsindǝ Malta Baş naziri Joseph Muskatla (Muscat) da bir araya gǝlǝcǝk.
Mövlud Çavuşoğlu son olaraq 1565-ci ildǝ Malta mühasirǝsi vǝ Birinci Dünya Müharibǝsi zamanı hǝyatını itirǝn Osmanlı ǝsgǝrlǝrinin mǝzarlarının olduğu Türk Şǝhidliyini ziyarǝt edǝcǝk.
Qeyd edǝk ki, Çavuşoğlunun Maltaya sǝfǝri bu ölkǝyǝ Xarici İşlǝr Nazirliyi sǝviyyǝsindǝ reallaşan ilk sǝfǝrdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr