Çavuşoğlu Maltada görüşlǝrini davam etdirir

Xarici İşlǝr naziri hǝmkarı George Vella ilǝ tǝkbǝ-tǝk görüşün ardından tǝşkil edilǝn birgǝ mǝtbuat konfransında suallara cavab verib.

257007
Çavuşoğlu Maltada görüşlǝrini davam etdirir

Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu hǝmkarı George Vella ilǝ tǝkbǝ-tǝk görüşün ardından tǝşkil edilǝn birgǝ mǝtbuat konfransında suallara cavab verib.
Çavuşoğlu bir suala cavabǝn deyib ki, Türkiyǝnin Malta üzǝrindǝn Liviyaya silah göndǝrdiyinǝ dair iddialar tamamilǝ mǝsnǝdsizdir. Bu iddiaların qaynağı isǝ Misir vǝ Birlǝşmiş Әrǝb Әmirliklǝridir.
Xaciri İşlǝr naziri görüşlǝri çǝrçivǝsindǝ Malta Baş naziri Joseph Muskatla (Muscat) da bir araya gǝlǝcǝk.
Mövlud Çavuşoğlu son olaraq 1565-ci ildǝ Malta mühasirǝsi vǝ Birinci Dünya Müharibǝsi zamanı hǝyatını itirǝn Osmanlı ǝsgǝrlǝrinin mǝzarlarının olduğu Türk Şǝhidliyini ziyarǝt edǝcǝk.
Qeyd edǝk ki, Çavuşoğlunun Maltaya sǝfǝri bu ölkǝyǝ Xarici İşlǝr Nazirliyi sǝviyyǝsindǝ reallaşan ilk sǝfǝrdir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr