Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu Latviyada sǝfǝrdǝdir

Çavuşoğlunun görüşlǝrindǝ Türkiyǝnin Avropa İttifaqına üzvlüyü vǝ regional mǝsǝlǝlǝr müzakirǝ edilib.

252216
Xarici İşlǝr naziri Mövlud Çavuşoğlu Latviyada sǝfǝrdǝdir

Çavuşoğlunun görüşlǝrindǝ Türkiyǝnin Avropa İttifaqına üzvlüyü vǝ regional mǝsǝlǝlǝr müzakirǝ edilib.
Nazir, bu ölkǝnin paytaxtı Riqada “Gymnich” toplantılarına qatılır.
Çavuşoğlu Riqada Avropa İttifaqının xarici işlǝr vǝ tǝhlükǝsizlik siyasǝti üzrǝ ali komissarı Federika Moqherini ilǝ dǝ bir araya gǝlib.
Görüşdǝ başda Liviya vǝ Suriya olmaqla regional mövzular vǝ enerji ǝmǝkdaşlığına dair mǝsǝlǝlǝr müzakirǝ edilib. Görüşdǝ ayrıca Türkiyǝnin Avropa İttifaqına üzvlük prosesi ilǝ terrorla mübarizǝ sahǝsindǝ daha çox ǝmǝkdaşlıq edilmǝsi mövzuları da gündǝmǝ gǝtirilib.
Xatırladaq ki, İttifaqa üzv vǝ namizǝd ölkǝlǝrin qatıldığı “Gymnich” toplantıları iki ildǝn bir İttifaqın növbǝti sǝdri olan ölkǝnin ev sahibliyindǝ tǝşkil edilir.
Toplantılarda, İttifaqın gǝlǝcǝyi ilǝ ǝlaqǝdar mövzularla İttifaqı maraqlandıran regional mǝsǝlǝlǝr müzakirǝyǝ çıxarılır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr