Xocalı soyqırımı Türkiyǝdǝ dǝ unudulmadı

Ermənilərin 23 il öncə Azərbaycanın Xocalı şəhərində törətdiyi faciənin qurbanlarının xatirəsi Türkiyənin müxtəlif şəhərlərində keçirilən silsilə tədbirlərdə anılır.

237979
Xocalı soyqırımı Türkiyǝdǝ dǝ unudulmadı

Ermənilərin 23 il öncə Azərbaycanın Xocalı şəhərində törətdiyi faciənin qurbanlarının xatirəsi Türkiyənin müxtəlif şəhərlərində keçirilən silsilə tədbirlərdə anılır.
Türkiyǝ Beynǝlxalq Әlaqǝlǝr vǝ Strateji Analizlǝr mǝrkǝzi, ürǝk yandıran soyqırımı unutdurmamaq üçün sǝy göstǝrir.
Hǝmin mǝqsǝdlǝ paytaxt Ankarada açılan “Üç Nǝsil Bir Soyqırımı” adlı sǝrgidǝ, soyqırımın dǝlillǝri nümayiş etdirilir. Sǝrgi martın 1-dǝk davam edǝcǝk.
Qǝtliamın 23-cü ildönümü ilǝ ǝlaqǝdar Hacǝttǝpǝ Universitetindǝ dǝ anım tǝdbiri keçirilib.
Tǝdbirdǝ Xocalı soyqırımının insanlığı hǝdǝfǝ alan bir vǝhşǝt olduğuna diqqǝt çǝkilǝrǝk bildirilib ki, belǝ tǝdbirlǝrin keçirilmǝsindǝki mǝqsǝd nifrǝti yaymaq olmamalıdır. Bunda mǝqsǝd tarixdǝki hadisǝlǝrdǝn dǝrs götürǝrǝk gǝlǝcǝyǝ daha ümidlǝ baxmamıza imkan yaratmaqdır.
Kahramanmaraş şǝhǝrindǝ dǝ anım tǝdbiri keçirilib.
Sütçü İmam Universitetindǝ keçirilǝn anım mǝrasiminǝ qatılan Azǝrbaycan millǝt vǝkili Musa Qasımlı çıxış edǝrǝk deyib ki, Türkiyǝ bizim ürǝyimizin bir sǝsidir, bir parçasıdır. Xocalı soyqırımı da iki ölkǝnin milli mǝsǝlǝsidir. Soyqırımın unudulmaması üçün mǝsǝlǝ hǝr platformada dilǝ gǝtirilmǝlidir.
İstanbul Bǝyoğlunda isǝ bir qrup Azǝrbaycanlı şagird, Xocalı qǝtliamının 23-cü ildönümü ilǝ ǝlaqǝdar etiraz nümayişi keçirib. Qalatasaray liseyi qarşısında bir araya gǝlǝn Halkalı Zǝhra Ana Azǝrbaycan iptidai mǝktǝbinin birinci vǝ ikinci sinif şagirdlǝri üzlǝrindǝ qǝtliamda hǝyatını itirǝn uşaqların şǝkillǝrindǝn hazırlanan maskalarla yerǝ uzanıblar. Yerdǝ bir müddǝt sǝssiz yatan uşaqlar, 63-ü uşaq 613 nǝfǝrin qǝtlǝ yetirilmǝsinǝ etirazlarını bildiriblǝr.
Nǝvşǝhǝrdǝ dǝ Xocalı şǝhidlǝri şǝhidlikdǝ dualar oxunaraq xatırlanıb.

Xocalı soyqırımı Türkiyǝdǝ müxtǝlif tǝdbirlǝrlǝ anılarkǝn Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan da, ötǝn gün bir heyǝti qǝbulu zamanı etdiyi çıxışda, Xocalı qǝtliamında şǝhid edilǝn 613 Azǝrbaycan Türkünǝ Allahdan rǝhmǝt dilǝyib.
1992-ci ildə qətliama məruz qalan azərbaycanlılar yandırılaraq, gözləri çıxarılaraq, başları kəsilərək öldürülüblər. “Şəhidlərimizin əziz xatirəsini yad edir, Allahdan onlara rəhmət diləyir, prezident İlham Əliyev başda olmaqla Azərbaycan xalqına başsağlığı veririk”, - deyə Dövlǝt başçısı Rəcəb Tayyib Ərdoğan bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr