Davudoğlunun gündǝmlǝ bağlı açıqlaması

Baş nazir Әhmǝd Davudoğlu TRT-nin özǝl proqramında gündǝmdǝki mövzuları dǝyǝrlǝndirib.

216868
Davudoğlunun gündǝmlǝ bağlı açıqlaması

Baş nazir Әhmǝd Davudoğlu TRT-nin özǝl proqramında gündǝmdǝki mövzuları dǝyǝrlǝndirib.
Baş nazir terrorla mübarizǝ yolları, ölkǝ daxilindǝ tǝhlükǝsizliyǝ dair tǝdbirlǝr paketi, “paralel dövlǝt” idarǝetmǝsi vǝ prezident üsul-idarәsi haqqında danışıb.
Terrora son qoyulması mǝqsǝdi ilǝ qәti tәdbirlәrin davam etdirilǝcǝyini vurğulayan Davudoğlu deyib ki, terrorçuların tǝrki-silah edilmәsi hәll prosesinin ǝsasını tǝşkil edir. Ölkǝ daxilindǝki tǝhlükǝsizliyǝ dair tǝdbirlǝr paketinin hǝdǝfi isǝ tәxribatların qarşısının alınmasıdır.
“Paralel dövlǝt” idarǝetmǝsinǝ dǝ toxunan Baş nazir hökumǝtin iradǝsinin güclü olduğunu, dövlǝtin vahidliyinǝ tǝhdid tǝşkil edǝn tǝşkilatlanmalara qarşı ölkǝ daxilindǝ vǝ xaricindǝ ciddi şǝkildǝ mübarizǝnin davam etdirilǝcǝyini dilǝ gǝtirib.
Prezident üsul-idarәsinә dair mübahisǝlǝrǝ dǝ münasibǝt bildirǝn Davudoğlu qeyd edib ki, buna etiraz edǝnlǝrǝ “mǝsǝlǝni birlikdә müzakirǝ edәk” deyirǝm. Gәlin, hǝr kǝsin әdalәtli şǝkildǝ yarışacağı bir model ortaya qoyaq. Bu modellǝrdǝn biri prezidentlik sistemidir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr