İordaniya terror tǝşkilatı İŞİD-dǝn qisas alır

İordaniyada İŞİD terror qruplaşması ilə əlaqəli mǝhkum Sacidǝ ǝl-Rişavi ilǝ birlikdǝ daha bir terrorçunu edam edib.

209165
İordaniya terror tǝşkilatı İŞİD-dǝn qisas alır

İordaniya hakimiyyəti pilotunun edam olunmasına cavab olaraq İŞİD terror qruplaşması ilə əlaqəli mǝhkum Sacidǝ ǝl-Rişavi ilǝ birlikdǝ daha bir terrorçunu edam edib.
Xatırladaq ki, İŞİD girovda saxladığı iki Yaponiya vətəndaşını və iordaniyalı pilotu edam etməzdən əvvəl onları azad etmək üçün İordaniyada həbsdə saxlanılan Sacidə əl-Rişavinin azadlığa buraxılmasını tələb edirdi.
Terror tǝşkilatı İŞİD-in İordaniyalı pilotu öldürdüyünü göstǝrǝn kadrları yayımlamasından sonra İordaniya başda Sacidǝ ǝl-Rişavi olmaqla ölkǝdǝki hǝbsxanalardakı İŞİD-ın bütün fәal üzvlәrinin edam edilǝcǝyini açıqlayıb.
Bu arada, Türkiyǝ Xarici İşlǝr Nazirliyi terror tǝşkilatı İŞİD-in iordaniyalı pilot Muaz ǝl-Kesasibeni öldürmǝsindǝn kǝdǝrlәndiyini dilǝ gǝtirǝrǝk, hadisǝni pislǝyib.
Açıqlamada Türkiyǝnin terrorla mübarizǝdǝ İordaniya vǝ beynǝlxalq ictimaiyyǝtlǝ tamamilǝ hǝmrǝylik nümayiş etdirdiyi vurğulanaraq bildirilib ki, Ankara heç bir insani dǝyǝrlǝ üst-üstǝ düşmǝyǝn bu dǝhşǝtli hadisǝni sǝrt şәkildә qınayır. Kesasibe ailǝsinǝ, qardaş İordaniya Krallığına vǝ İordaniya xalqına başsağlığı veririk vǝ sǝbr dilǝyirik.
ABŞ prezidenti Barak Obama da videoçarxlar barǝdǝ deyib ki, bu, İŞİD-in ǝxlaqsız vǝ barbarlığının daha bir nişanǝsidir.
Dövlǝt Departamentinin sözcüsü Cen Psaki dǝ Kesasibenin yandırılaraq öldürüldüyünü göstǝrǝn şǝkil vǝ videoçarxların hǝqiqǝt olub-olmadığının araşdırıldığını bildirib.

 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr