Bülǝnt Arınç: "Kıbrıs mǝsǝlǝsindǝ biz müzakirǝ masasındayıq"

Arınç, Çiprasın Şǝrqi Aralıq dǝnizindǝ neft axtaran “Barbaros” gǝmisi ilә bağlı fikirlәrinә dair suala cavab verәrәk deyib ki, Türk tǝrǝfi müzakirǝ masasından çǝkilmǝyib.

207129
Bülǝnt Arınç: "Kıbrıs mǝsǝlǝsindǝ biz müzakirǝ masasındayıq"

Baş nazirin müavini Bülǝnt Arınç Nazirlǝr Kabinetinin ötǝn gün baş tutan toplantısından sonra keçirdiyi mǝtbuat konfransında suallara cavab verib.
Arınç Yunanıstan Baş naziri Aleksis Çiprasın Şǝrqi Aralıq dǝnizindǝ neft axtaran “Barbaros” gǝmisi ilә bağlı fikirlәrinә dair suala cavab verәrәk deyib ki, Türk tǝrǝfi müzakirǝ masasından çǝkilmǝyib. Nǝticǝ ǝldǝ edilmǝsi barǝdǝ qǝrarlıyıq. Çiprasın gǝmi haqqındakı sözlǝri daxili siyasǝtlǝ bağlıdır, bunu tǝnqid etmǝyǝ ehtiyac yoxdur.
Qeyd edǝk ki, ötǝn gün Kıbrıs Rum tǝrǝfinǝ sǝfǝr edǝn Çipras danışıqlar prosesinin bәrpası üçün “Barbaros” gǝmisinin Şǝrqi Aralıq dǝnizindǝki fǝaliyyǝtlǝrinǝ son qoymasının vacibliyini dilǝ gǝtirib.
Bǝzi çevrǝlǝr gözlǝyirdi ki, Yunanıstanda qurulan yeni hökumǝt Kıbrıs mǝsǝlǝsinǝ fǝrqli istiqamǝtdǝn yanaşacaq. Çiprasın açıqlaması bu çevrǝlǝrin ümidini puça çıxarıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr