Fransada polis ǝmǝkdaşlarının ǝmǝliyyatları davam edir

Fransada terrorçuların ǝlǝ keçirilmǝsi mǝqsǝdi ilǝ ǝmǝliyyatlar hǝyata keçirilir.

178043
Fransada polis  ǝmǝkdaşlarının ǝmǝliyyatları davam edir

Fransada terrorçuların ǝlǝ keçirilmǝsi mǝqsǝdi ilǝ ǝmǝliyyatlar hǝyata keçirilir.
Ölkǝdǝ polis, “Charlie Hebdo” nəşrinin rǝdaksiyasına tǝşkil edilǝn vǝ 12 nǝfǝrin öldürüldüyü terror aktıyla bağlı axtarılan iki şübhǝlini tapmaq üçün gǝniş dairǝli ǝmǝliyyat başladıb.
Sǝid vǝ Şǝrif Kaşi adlı iki qardaşın terror aktından sonra qarǝtlǝdiyi yanacaq doldurma mǝntǝqǝsinin yaxınlığındakı bir kǝnd, özǝl tǝlim keçmiş polislǝr tǝrǝfindǝn mühasirǝyǝ alınıb.

Parisdǝ Kaşi qardaşlarla ǝlaqǝsi olduğu bildirilǝn 7 nǝfǝr saxlanılıb.

Fransada terror aktı törǝdǝn iki şübhǝli qardaşa dair yeni detallar da ortaya çıxır.

Amerikalı rǝsmilǝr, qardaşlardan böyük olan Sǝid Kaşinin 2011-ci ilin sonunda Yǝmǝnǝ getdiyi vǝ orda “Əl Qaidə” düşərgəsində bir neçə ay təlim keçdiyini bildiriblər.
Fransa Daxili İşlǝr Nazirliyi, bir polis maşınına silahlı, bir kababçı dükanına tǝşkil edilǝn bombalı hücumların isǝ “Charliǝ Hebdo” nəşrinin redaksiyasına edilǝn hücumla ǝlaqǝsinin olmadığını açıqlayıb.
Terror aktlarından sonra Fransada tǝhlükǝsizlik tǝdbirlǝri artırılıb vǝ milli matǝm elan edilib.
Parisin simvolu Eyfel qüllǝsinin işıqları matǝm sǝbǝbindǝn söndürülüb.
Ölkǝlǝr terror aktlarına reaksiya göstǝrmǝkdǝ davam edǝrkǝn, hǝyatını itirǝnlǝr üçün dǝ müxtǝlif ölkǝlǝrdǝ anım mǝrasimlǝri keçirilir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr