Çıxarılan cəsədlərin sayı 16-ya yüksəlib

İndoneziya sahillərində qəzaya uğrayan AirAsia təyyarəsi sərnişinlərinin, çıxarılan cəsədlərinin sayı 16-ya yüksəlib.

168536
Çıxarılan cəsədlərin sayı 16-ya yüksəlib

İndoneziya sahillərində qəzaya uğrayan AirAsia təyyarəsi sərnişinlərinin, çıxarılan cəsədlərinin sayı 16-ya yüksəlib.
Qəzadan bir həftə keçməsinə baxmayaraq təyarrənin əsas hissəsi hələ də tapılmayıb. Bu arada, ABŞ-na aid helikopter sahilə yeni cəsədlər gətirir. Həyata keçirilən axtarış və xilasetmə işlərində çıxarılan cəsədlərdən yalnız birinin şəxsiyyəti müəyyən edilib.
Həyatında ilk dəfə xarici səyahətə çıxan 39 yaşlı qadının cənazəsi ailəsinə təslim edilib. Qadınla birlikdə olan 9 yaşlı qızı və qayınanasının cəsədi isə hələ tapılmayıb.
Beynəlxalq axtarış xilasetmə işlərinə fırtına və 4 metrə çatan nəhəng dalğalar çətinliklər törədir.
İndoneziya, Avstraliya, Malayziya, Sinqapur, Cənubi Koreya və Amerika Birləşmiş Ştatlarından çox sayda gəmi və helikopterlərlə, Yaponiyanın göndərdiyi 2 gəmi, 3 helikopter və 9 təyyarə də axtarış xilasetmə işlərində iştirak edəcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr