Baş nazir Davudoğlu Yunanıstanda görüşlǝr keçirir

Baş nazir 9 nazir vǝ iş adamlarından ibarǝt heyǝtlǝ ötǝn gün Yunanıstanın paytaxtı Afinaya sǝfǝr edib.

138633
Baş nazir Davudoğlu Yunanıstanda görüşlǝr keçirir

Baş nazir Әhmǝd Davudoğlu Yunanıstanda görüşlǝr keçirir.
Baş nazir 9 nazir vǝ iş adamlarından ibarǝt heyǝtlǝ ötǝn gün Yunanıstanın paytaxtı Afinaya sǝfǝr edib.
Davudoğlu, Afinada öncǝ bu ölkǝnin prezidenti Karolos Papulyas tǝrǝfindǝn qǝbul edilib.
Yunanıstan prezidenti görüşdǝ, qarşılıqlı ziyarǝtlǝrin yaxşı qonşuluq ǝlaqǝlǝrini daha da inkişaf etdirǝcǝyini vurğulayıb.
Baş nazir Davudoğlu da, “Tarixdǝ çox az millǝt bu sǝviyyǝdǝ ortaq xüsusiyyǝtǝ sahibdir.” sözlǝrilǝ iki ölkǝnin xalqları arasındakı ortaq xüsusiyyǝtlǝrǝ diqqǝt çǝkib.
Davudoğlu, bu görüşdǝn sonra, Baş nazir Antonis Samaras ilǝ bir araya gǝlib. Görüşdǝ, Şǝrqi Aralıq dǝnizindǝki son vǝziyyǝt, Adadaki iki icma arasındakı müzakirǝ prosesi vǝ Qǝrbi Traqyadakı Türklǝrin vǝziyyǝti müzakirǝ edilib.
Baş nazir Davudoğlu, iki icmanın da Qıbrısda müzakirǝlǝrin mǝsǝlǝnin hǝllinǝ yönǝldilmiş şǝkildǝ başlaması üçün güclü iradǝyǝ sahib olduğunu ifadǝ edib.
Davudoğlu, Yunanıstanın Şǝrqi Aralıq dǝnizindǝ, qıbrıslı Rumlar, Misir vǝ İsrail ilǝ olan yaxın ǝlaqǝlǝri ilǝ bağlı suala cavabǝn isǝ deyib ki, Şǝrqi Aralıq dǝnizindǝ bütün Qıbrıs xalqının istifadǝ edǝcǝyi qaz ehtiyatları da bir sülh körpüsü yaradacaqdır.
Türkiyǝ-Yunanistan Yüksǝk Sǝviyyǝli Әmǝkdaşlıq toplantısında da çıxış edǝn Davutoğlu, Qıbrısda sülh çağırışını orda bir daha sǝslǝndirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr