Roma Papası Cümhurbaşqanlığı Sarayında

Papa Fransis Әrdoğan tǝrǝfindǝn Cümhurbaşqanlığı Sarayında rǝsmi mǝrasimlǝ qarşılanıb.

208718
Roma Papası Cümhurbaşqanlığı Sarayında

Papa Fransis Әrdoğan tǝrǝfindǝn Cümhurbaşqanlığı Sarayında rǝsmi mǝrasimlǝ qarşılanıb.
Papanın ilk dayanacağı paytaxt Ankara olub.
Səfər öncəsi təyyarədə jurnalistlərə açıqlama verən Roma papası Türkiyənin əhəmiyyətli ölkə olduğunu bildirib: “Türkiyə, sərhədlərində xeyli sayda qaçqına qucaq açan ölkədir. Tǝşǝkkür edirǝm”.
Səfər çərçivəsində Vatikan rəhbəri Ankarada öncǝ “Anıtqǝbir ”i ziyarət edib.
Papa Anıtqǝbir xüsusi dǝftǝrinǝ bunları yazıb, Türkiyǝ iki qitǝ arasında tebii bir körpüdür, ancaq sadece bir yol kéçidi yox dinclik ve dialoq üçün qurulan bir yol olmalıdır. Papa, yazdığı xatirǝsindǝ sülhün hakim olmasını da istǝyib vǝ fǝrqli din, mǝdǝniyyǝt, irq vǝ dindǝn qadın vǝ kişilǝrin bir arada yaşama mǝdǝniyyǝti içǝrisindǝ bir yol tapmasının vacibliyini vurğulayıb.
Roma Papası, daha sonra Anıtqǝbir Muzeyini gǝzib.
Papa Fransis, daha sonra Cümhurbaşqanlığı Sarayında Dövlǝt başçısı Rǝcǝb Tayyib Әrdoğan tǝrǝfindǝn rǝsmi mǝrasimlǝ qarşılanıb.
Cümhurbaşqanlığı Sarayı qapılarını ilk rǝsmi qonağı üçün açıb. Qarşılama mǝrasimindǝn sonra iki lider tǝkbǝtǝk görüş keçirib.

İki liderin ortaq açıqlamasında, dinlǝr arasında tolerantlıq vurğulanıb.
Dövlǝt başçısı Әrdoğan çıxışında İslam ǝleyhinǝ olan düşüncǝlǝrǝ dair reaksiyasını dilǝ gǝtirib.
Әrdoğan deyib ki, Qǝzzaya, günahsız qadınlara tǝtbiq edilǝn dövlǝt terroru dünyanın diqqǝtini çǝkmir. Әl-Әqsa mǝscidini hǝdǝf alan hücumlar gözdǝn yayındırılır. Türkiyǝdǝ 50 minǝ yaxın insanın ölümündǝn mǝsul olan PKK-ya dünyada lazımı reaksiya göstǝrilmir. “Tǝhdidlǝrǝ hǝll yolu tapacaq fǝrqli düşüncǝlǝrǝ sahib insanların birbirinǝ tolerantlığı vǝ arasında ittifaq olmalıdır. Qǝrbdǝ artan irqçiliq vǝ islamafobiyǝ qarşı birlikdǝ tǝdbirlǝr görmǝliyik”-deyǝ Dövlǝt başçısı Әrdoğan dilǝ gǝtirib.
Katoliklǝrin Ruhani lidǝri Papa isǝ, Orta Şǝrqdǝ yaşanan iztirablara diqqǝt çǝkǝrǝk deyib ki, bu toqquşmaların davam etmǝsinǝ göz yummamalıyıq. Beynǝlxalq ictimaiyyǝtin yardım etmǝsi ǝxlaqi mǝcburiyyǝtdir. Türkiyǝ böyük bir comǝrdlik göstǝrǝrǝk qaçqınları qǝbul etdi, Allah da Türkiyǝyǝ kömǝk etsin.
Dövlǝt başçısı Әrdoğan, Papaya, Fateh Sultan Mehmetin Bosniya ruhanilǝrinin azad şǝkildǝ yaşamalarına imkan verǝn fǝrmanının nümunǝsini tǝqdim edib.
Papa Fransisk, Ankarada keçirdiyi görüşlǝri çǝrçivǝsindǝ Din İşlǝri üzrǝ İdarǝnin rǝhbǝri Mehmet Görmǝzlǝ dǝ bir araya gǝlib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr