G20 Liderlər Sammiti davam edir

Avstraliyanın Brisben şəhərində keçirilən G20 sammitinin ilk günündə qonaq liderlər Parlament Binasındaki qeyri-rəsmi toplantıda bir araya gəliblər.

191143
G20 Liderlər Sammiti davam edir

Avstraliyanın Brisben şəhərində keçirilən G20 sammitinin ilk günündə qonaq liderlər Parlament Binasındaki qeyri-rəsmi toplantıda bir araya gəliblər.
Daha sonra nahar yeməyi başlayıb. Baş nazir Əhməd Davudoğlunun yemək masasında ABŞ prezidenti Barak Obama, İngiltərə Baş naziri Devid Kemeron, Fransa prezidenti Fransua Olland, Yaponiya baş naziri Şinzo Abe, Cənubi Afrika Dövlət Başçısı Jacob Zuma və Avropa Birliyi Şurasının sədri Herman von Rompuy olub.
Davudoğlu, liderlər ilə fikir mübadiləsi aparıb. Obama ilə görüşündə Baş nazir əsasən Suriya və İraqla bağlı danışıqlar aparıb.
Bundan başqa Davudoğlu, Obamanın Myanmadakı Müsəlmanlar ilə bağlı çıxışına görə təşəkkür edib.
Obama, Myanmada gələn il təşkil ediləcək ümumxalq seçkilərdə iştirakın təmin edilməsi və "Müsəlman birliyin hüquqlarına hörmət göstərilməsi" məsləhətini verib.
Baş nazir Davudoğlu və ABŞ prezidenti Barak Obama 50 dəqiqə söhbət edib. Digər bir proqramda baş nazir, Almaniya kansleri Angela Merkel ilə görüşüb. Liderlər, sammitin birinci iclası olan "Qlobal İqtisadiyyat: Böyümək, inkişaf etmək və iş qurmaq” mövzusu ilə bağlı fikir mübadiləsi aparıblar.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr