BMT iqlim dәyişikliyinә dair hesabat açıqlanıb

BMT-nin Hesabatına görə iqlim dəyişikliyi dönülməz yoldadır.

178621
BMT iqlim dәyişikliyinә dair hesabat açıqlanıb

BMT-nin Hesabatına görə iqlim dəyişikliyi dönülməz yoldadır. Mütəxəssislərin açıqlamalarına görə, istixana qazı emissiyalarının azaldılması və qlobal istiləşmə ilə mübarizə üçün zaman azalıb. Hökumətlərarası panelinin 900 elm adamının işlərindən yaradılan sintez hesabatında təəccüb doğuran şərhlər var. 30 min səhifəlik hesabatda, iqlim dəyişikliyinin artaraq və dönməz şəkildə davam etdiyi bildirilərək, təsir və dəyişmənin azalması üçün lazım olanların edilməsi müzakirə olunub. Hesabatda qlobal istiləşmədə insanların təsirinin açıq olduğu və insanlardan qaynaqlanan istixana qazları emissiyalarının tarixdə ən yüksək səviyyədə olduğu vurğulanıb. 1950-ci ildən bəri gözlənilənlərin daha əvvəl olmayan dəyişikliklər olduğu qeyd edilən hesabatda, atmosfer və okeanların istilənməkdə olduğu, qar və buzlaq miqdarının aşağı düşdüyü ifadə edilir. Hesabatda ayrıca, 1901-2010-ci illər arasında dəniz səviyyəsinin təxminən 19 santimetr yüksəldiyi bildirilir. İnsan qaynaqlı istixana qazları azaldılmasının və atmosferdəki karbondioksid, metan və nitrikoksid birləşmələrinin 800 min ildə görünməyən səviyyədə olduğu qeyd edilir. BMT-nin baş katibi Pan Gi Mun da hesabatın final hissəsinin açıqlanmasından sonra qlobal istiləşmə ilə mübarizənin gücləndirilməsinin vacib olduğunu vurğulayıb.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr