Əsəd’ə bağlı hissələrin hücumunda 64 nəfər həlak olub

Əsəd’ə bağlı ordu hissələri ölkənin müxtəlif yerlərində müxaliflərə hücum çəkib, hadisələrdə 64 nəfər həlak olub

108175
Əsəd’ə bağlı hissələrin hücumunda 64 nəfər həlak olub

Suriyə’də Bəşşar Əsəd’ə bağlı ordu hissələri ölkənin müxtəlif yerlərində müxaliflərə qarşı ağır silahlarla hücum çəkib, hadisələrdə 64 nəfər həlak olub.
Suriyə İnsan Hüquqları Cəmiyyəti verdiği açıqlamasında deyib: Əsəd’ə bağlı hissələr, müxaliflərin əlində olan yerlərə qurudan və havadan ağır silahlarla hücum çəkərək Dəməşq’in kənar səmtlərində 24, Hələb’də 20, Dera’da 7, Hama’da 4, Rakka və İdlib’də 3, Humus’da 2, Lazkiyə’də bir nəfər olmaqla 64 nəfəri qətlə yetirib.
Digər tərəfdən Suriyə’nin rəsmî xəbər agentliği SANA yaydığı xəbərində ordu hissələrinin Hama, Hələb, İdlib və paytaxd Dəməşq’in ucqar yerlərində gerçəkləşdirdiği əməliyyatlarda çox sayda müxalifi məhv etdiğini, vasitələrini vurub sıradan çıxardığını bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr