Ərdoğan, cümhurbaşqanlığı vəzifəsini təhvil alıb

Ərdoğan, Çankaya Köşkü’ndə təşkil olunan mərasimlə cümhurbaşqanlığı vəzifəsini Abdullah Gül’dən təhvil alıb

106875
 Ərdoğan, cümhurbaşqanlığı vəzifəsini  təhvil alıb

12 Cümhurbaşqanı Ərdoğan, Çankaya Köşkü’ndə təşkil olunan mərasimlə cümhurbaşqanlığı vəzifəsini 11 Cümhurbaşqanı Abdullah Gül’dən təhvil alıb.
Mərasimdə ilk növbədə çıxış edən Abdullah Gül deyib: 7 il ərzində yeritdiğim Cümhurbaşqanlığı vəzifəsini Türk xalqı tərəfindən 12 cümhurbaşqanı seçilən cənab R. T. Ərdoğan’a təhvil verməkdən hədsiz qürur hissi keçirirəm.
Cümhurbaşqanı Ərdoğan da etdiği çıxışında deyib: 91 illik cümhuriyyət dövründə və iki min illik Türk tarixində ilk dəfə dövlətin rəhbərini millətin özü seçib.
Türkiyə’nin Avropa Birliği’nə üzvlüğü məsələsi ləngimədən öz yolunda yeriyəcəkdi. Türkiyə’nin xarici siyasətinin yol göstəricisi sülh, həmrəylik və rifah olacaqdı.
Çıxışlardan sonra 12 Cümhurbaşqanı Ərdoğan, Abdullah Gül’ə Dövlət Şərəf Medalı ilə Cümhurbaşqanlığı nişanını təqdim edib.
12 Cümhurbaşqanlığı təhvil-təslim mərasimində 15 ölkənin dövlət və hökumət başqanı, altı ölkənin məclis sədri, 12 ölkənin başnaziri, üç ölkənin cümhurbaşqanının müavini, 7 ölkənin başnazir müavini, 40 qədər ölkənin nazirləri, uluslararası 9 təşkilatın nümayəndələri iştirak edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr