Rusiya Federasiyası'nın yardımı Luqansk'a çatıb

Rusiya Federasiyası’nın yolladığı yardım qafiləsi Ukrayna’ya daxil olub

100425
Rusiya Federasiyası'nın yardımı Luqansk'a çatıb

Rusiya Federasiyası’nın yolladığı yardım qafiləsi Ukrayna’ya daxil olub.
Rusiya’nın bəşəri yardım qafiləsi Moskva və Kiev arasında 12 gün davam edən yazışmalardan sonra Ukrayna torpaqlarına daxil olub. Yollanan yük maşınlarının ilk qafiləsi Luqansk şəhərinə çatıb.
Rusiya Federasiyası, Kiev idarəsinin yardım məsələsini daim ləngitdiğindən qafilənin Ukrayna’ya daxil olmasına təktərəfli qərar verdiğini söyləyib. Ukrayna, qərardan kəskin reaksiya göstərərək bunu Ukrayna’ya birbaşa hücum kimi qiymətləndirib. Ukrayna Xariciişlər Nazirliği, yük maşınlarının ölkəyə daxil olmağına icazə verilmədiğini, qafilənin beynəlxalq hüququ heçə sayaraq sərhəd qaydalarını pozub ölkəyə daxil olduğunu vurğulayıb Moskva’ın ittiham edib. Ukrayna, uluslararası ictimaiyyətin Rusiya Federasiyası’nın qeyriqanuni hərəkətlərini qınamasını istəyib.
Bəşəri yardım qafiləsinə Uluslar arası Qızılxaç Təşkilatı qoşulmayıb. Qızılxaç təşkilatı, Luqansk’ın daimi olaraq bombalandığını və hərhansı zəmanət verilmədiğinə görə qafilədəki maşınlara qoşulmadıqlarını bildirib. Yük maşınlarının güvənliği məsələsini Ukrayna’da yaşayan Rusiya tərəfdarı ayrılıqçılar təmin edib.
Avropa Birliği’nin Xariciişlərlə Bağlı Yüksək Nümayəndəsi Catherine Ashton, hadisədən reaksiya göstərərək qafilənin Ukrayna’ya daxil olmasının açıq-aşkaranə ixlal olduğunu söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr