Misir’də aksiyalar keçirilib

Misir’də təşkil olunan aksiyalarda 35 nəfər nəzarətə alınıb

100632
Misir’də aksiyalar keçirilib

Misir’də təşkil olunan aksiyalarda 35 nəfər nəzarətə alınıb.

Misir’in bir çox şəhərində, çevriliş əleyhdarları nümayişlər təşkil edib.

Lakin, təhlükəsizlik gücləri nümayişçilərə mane olublar. Daxili İşlər Nazirliği yaydığı yazılı açıqlamasında, 35 aksiyaçının nəzarətə alındığını bildirib. Məlumata görə, təhlükəsizlik qüvvələri Qahirə’nin şərqindəki Aynu'ş-Şəms bölgəsindəki nümayişlərə göz yaşartıcı qaz bombası və gerçək güllə ilə müdaxilə edib. Hadisələr zamanı bir qadın həyatını itirib.

Qahirənin fərqli bölgələrində təşkil edilən aksiyalara qatılanlar, yaşanan elektrik böhranına həll tapa bilməyən mövcud rejimin istefasını istəyiblər. Aksiyaçılar prezident Abdulfəttah əs-Sisi və Daxili İşlər naziri Məhəmməd İbrahim’in mühakimə olunması istiqamətində şüarlar səsləndirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr