Dəməşq’də zəhərli qazdan istifadə edilib

Dəməşq’də zəhərli qazdan istifadə edildiği iddiasına reaksiya göstərilib

100389
Dəməşq’də zəhərli qazdan istifadə edilib

Dəməşq’də zəhərli qazdan istifadə edildiği iddiasına reaksiya göstərilib.
Suriyə’nin paytaxdı Dəməşq’də müxaliflərin nəzarətindəki Arbin bölgəsinə rejimə bağlı hissələr tərəfindən zəhərli qaz bombaları tullandığı və hadisə nəticəsində 3 nəfərin həlak olduğu bildirilib.
Suriyə Məhəlli Koordinasiya Komitəsi, yaydığı açıqlamasında deyib: Tullanan zəhərli qaz bombaları üç nəfərin həlakına amil olub. Zəhərli qaza məruz qalanlarda nəfəs dərməkdə çəatinlik, qaytarma, özündən getmə, şüurunu itirmə və gözlərinin giləsinin kiçilməsi hadisələri müşahidə olunub.
Zəhərli qaza məruz qalanlar bölgədəki səhra xəstəxanalarına aparılaraq müalicə altına alınıb.
Ötən il də avqust ayında Əsəd rejiminə bağlı hərbçilər tərəfindən Şərqi Quta bölgəsinə kimyəvi qazlarla hücum çəkilmiş, əksəriyyəti uşaq olmaqla 500 qədər insan həlak olmuşdu.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr