İraqda İŞİD-ə istiqamətli hava hücumları davam edir

ABŞ ordusunun Mosul'da İŞİD hədəflərinə təşkil etdiyi son hücumlarda 4 nəfər həyatını itirib

99393
İraqda İŞİD-ə istiqamətli hava hücumları davam edir

İraqda İŞİD-ə istiqamətli hava hücumları davam edir.
Amerika Birləşmiş Ştatları ordusunun, Mosul Anbarı yaxınlarındakı İŞİD hədəflərinə təşkil etdiyi son hücumlarda 4 nəfər həyatını itirib.
ABŞ ordusu, İŞİD hədəflərinə 6 yeni hava hücumu təşkil edib.
Hava hücumlarında, İŞİD-ə aid hərbi texnika məhv edilib.
Avqust ayının 8-dən, Amerikanın İraqda 90 hava hücumunun təşkil edildiyi, bu hücumların 57-nin Mosul Anbarı yaxınlarındakı İraq qüvvələrinə dəstək olaraq həyata keçirildiyi bildirilir.
Digər tərəfdən, Hollandiyanın, İŞİD təşkilatı ilə mübarizə üçün İraqın şimalındakı kürdlərə yardım edəcəyi açıqlanıb.
Hollandiyanın göndərəcəyi hərbi materiallar Bağdad vasitəsilə Erbilə çatdırılacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr