Ebola virusu can almaqdan doymur

Afrikanın qərbində sürətlə yayılan ölümcül Ebola virusu can almağa davam edir.

76239
Ebola virusu can almaqdan doymur

Afrikanın qərbində sürətlə yayılan ölümcül Ebola virusu can almağa davam edir.
Eboladan ölənlərin sayı 729 nəfərə çatıb. Dünya Sağlamlıq Təşkilatı virusla mübarizə üçün 100 milyon dollarlıq bir fond ayırıb. Amerika Birləşmiş Ştatları isə ora 50 mütəxəssis göndərib.
Ebola virusunun ən çox yayıldığı Sierra Lione’nin prezidenti Ernest Bai Koroma xəstəliyin qarşısını almaq üçün ölkədə fövqəladə hal elan olunduğunu açıqlayıb. Ölkəyə giriş və çıxış qadağan edilib.
Liberiya’da da virusun yayılmasının qarşısını almaq üçün universitetlər və məktəblər də tətildir, bir çox məmurlar isə işə getmir.
Nigeriya’da virusdan ölən bir adamla təmasda olduqları üçün 59 şəxs karantindədir.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr