Bayramqabağı Fələstin qan ağlayır...

İslam dünyası Rəmazan Bayramı'na hazırlanarkən Fələstin qan ağlayır...

71504
Bayramqabağı Fələstin qan ağlayır...

İslam dünyası Rəmazan Bayramı'na hazırlanarkən Fələstin qan ağlayır...
İsrail’in Qəzzə’də həyata keçirdiği qırğın sadəcə olaraq Müsəlmanları yox bütün xalqları sarsıdır.
Dünyanın birçox ölkəsində küçələrə tökülən minlərlə insan İsrail’in məsum insanları hədəf götürən qırğınlarından öz etirazını bildirib.
ABŞ’ın Nəw York şəhərində İsrail əleyhdarı nümayişlər təşkil edilib. Times Meydanı’nda yığışanlar şüarlar söyləyərək İsrail’in BMT Daimi Nümayəndəliği’nə kimi yeriyib. Bəzi Yəhudilər də etiraz aksiyasına dayaq olub.
Los Angeles və Georgia şəhərlərində də etiraz aksiyaları təşkil edilib.
Almaniya’nın paytaxdı Berlin’də İsrail əleyhdarı nümayiş təşkil edilib. Adenauerplatz Meydanı’nda yığışan etirazçılar İsrail’in Qəzzə’də törətdiyi vəhşətə son qoymasını tələb edib.
Hollandiya’nın Lahey şəhərində də yüzlərlə insan küçələrə tökülərək İsrail əleyhində aksiya keçirib.
Balkan ölkələri Bosna Hərsək, Serbiya, Makedoniya və Qaradağ’da da İsrail əleyhdarı nümayişlər təşkil edilib. Sadəcə olaraq bunlar deyil, İndoneziya, Pakistan, Əfqanıstan, Argentina’nın paytaxdı Buenos Aires’də də İsrail əleyhdarı nümayişlər təşkil olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr