Qəzzə üç həftədir bombalarla sarsılır.

Qəzzə üç həftədir İsrail tərəfindən bombalanır.

70879
Qəzzə üç həftədir bombalarla sarsılır.

Qəzzə üç həftədir İsrail tərəfindən bombalanır.
Əksəriyyəti mülki şəxs olmaqla indiyə kimi 824 Fələstinli həlak olub və yaralıların sayı da 5300’ü ötübdür.
Bu qırğının əsas səbəbkârı gözü dönmüş İsrail ordusudur. Onların gözünü eləsinə qan bürüyüb ki, uşaqların pənah apardığı BMT’yə məxsus bir məktəb belə hədəflərinə çevrilib.
UNICƏF, yaranan bu vəhşəti bütün dünyaya çatdırıb. İsrail ordusu hər saatda bir dənə Filistinli uşağı qətlə yetirir. Ömürləri puça çevrilən Fələstinlilər isə sadəcə olaraq İsrail idarəsinə yox, onlara göz yuman Ərəb dünyasından da öz reaksiyasını göstərir.
BMT’nin mülki şəxslər üçün sığınacaq kimi ayırdığı məktəbin tankla vurulması İsrail ordusunun gözünü nə cür qan bürüyüb onu büruzə verir. Dünya miqyasında yaranan reaksiyalara fikir vermiyən İsrail isə Qəzzə’dəki qırğınına fasiləsiz davam edir.
Bombardıman səbəbiylə evsiz-eşiksiz qalan 140 mindən artıq Fələstinli BMT’nin nəzarətindəki binalara pənah aparır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr