İsrail’in hələ də qərb tərəfindən müdafiə edilməsi və dünyanın o

Biz sakit dayanabilmərik, dayanmarıq.

69988
İsrail’in hələ də qərb tərəfindən müdafiə edilməsi və dünyanın o

İsrail’in hələ də qərb tərəfindən müdafiə edilməsi və dünyanın ona heç nə deməməsi başa düşülməzdir. Biz sakit dayanabilmərik, dayanmarıq.
Bunu Başnazir Ərdoğan CNN İnternational telekanalının aparıcısı Becky Anderson’ın suallarına cavabən deyib.
Proqramın başda dayanan mövzusu şəksiz ki İsrail’in Qəzzə’yə yönəlmiş hücumları olub. Başnazir Ərdoğan Anderson’ın suallarına cavabən bunları deyib.
İsrail’in sabiq Başnaziri Ariel Şaron bir görüşdə mənə demişdi ki, “Ömrümün ən xoşbəxt anları Fələstin’də tanklara mindiyim günlərdi”, onun bu sözləri heç vaxt yadımdan çıxmır.
Halhazırda İsrail’in qərb tərəfindən müdafiə edilməsini başa düşmək qeyri mümkündür.
Anderson sual verib ki; “Demişdiniz ki, İsrail Qəzzə’də həyata keçirdiyi əməllərlə Hitler’i yada salır, bu fikrinizin üstündə hələ də dayanırsınız?” Başnazir Ərdoğan da cavabən deyib:
Bəli, sözümün üstündə dayanıram.
Başnazir, atəşkəslə bağlı olaraq da, atəşkəs ilkin şərtsiz olarsa adil olmaz.
Ərdoğan, Misir’in Fələstin’lə bağlı rolu haqda isə bunları deyib: Misir, Əl Sisi demək deyildir. Orda yaşayan Misir xalqı vardır, bizlər üçün önəmli olan da o xalqın reaksiyasıdır. Sisi indinin özündə tirandır, bunda şəkkim yoxdur.
Anderson sual verib ki, “Sizi gecələr boyu ayıq saxlayan şey nədir?” Ərdoğan da cavabında deyib; Gecələri daim hərhansı hadisə qarşısında hərəkətə hazır olmalıyam fikriylə yatıram. Ancan indiki vəziyyətdən danışarsaq yegânə nigarançılığım Fələstin, Fələstin, Fələstin’dir.
Ərdoğan, Cümhurbaşqanlığı seçkisi ilə bağlı suala isə belə cavab verib: Ömür səhifələrim qurtarana kimi ölkəmə və xalqıma xidmət etmək üçün bütün gücümlə işləyəcəyəm.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr