Merkel, İsrailin tərəfindəyik

Almaniya kansleri Angela Merkel İsrailin tərəfində olduqlarını söyləyib.

63746
Merkel, İsrailin tərəfindəyik

Almaniya kansleri Angela Merkel İsrailin tərəfində olduqlarını söyləyib.
Berlindəki Federal Mətbuat Merkezində jurnalistlərlə bir araya gələn federal konsler mətbuat mənsublarının suallarını cavablandırarkən Təl-Əviv və Qüdsün Həmasın əlindəki raketlərlə vurula biləcəyini deyib. "Həmasın əlində yeni silahlar var. Hər hücuma məruz qalan ölkə özünü müdafiə edəcəkdir. Almaniya olaraq İsrailin tərəfindəyik'' deyə Angela Merkel bildirib. Almaniyanın federal konsleri Misirin İsrail və Fələstinə təklif etdiyi atəşkəs təklifinə də toxunaraq ərəb coğrafiyasının bu təklifi qəbul edəcəyinə ümid bəslədiyini ifadə edib. Fələstin və İsrail arasındakı qarşıdurmanın siyasi həlli yolunun tapılmasının vacib olduğunu vurğulayan Angela Merkel, bu yolun da iki dövlətli modeldən keçdiyini bildirib. Federal konsler problemin həllinə yardımçı olmaq üçün xarici işlər naziri Frank Walter Steinmeierin bölgəyə getdiyini və bəzi görüşlər keçirdiyini söyləyib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr