Joe Biden İraqlı liderlәr ilә görüşüb

ABŞ dövlət katibi Co Bayden İraqlı liderlәr ilә görüşüb.

99591
Joe Biden İraqlı  liderlәr ilә  görüşüb

ABŞ dövlət katibi Co Bayden İraq Baş naziri Nuri əl-Maliki, Məclis sədri Usamə ən-Nuceyfi və Kürd Regional Rəhbərliyi Başçısı Məsud Bərzani ilə telefonla danişıb. Co Bayden liderlərə “Həmrəy olun” çağırışı edib. Ağ Evdən verilən açıqlamada İŞİD təhdidinə qarşı İraq rəhbərliyinə dəstək üçün birlikdə çalışıldığı deyilib. Görüşlərdə Baydenin İraqlı liderlərlə iş birliyi etmələrinin istənildiyi və tez bir zamanda konstitusiya çərçivəsində yeni bir hökumətin qurulmasının vacibliyi vurğulanıb. İraq Baş naziri Maliki ilə görüşündə Baydenin daha əhatəli, sabit və İraq xalqını bir araya gətirəcək rəhbərlik anlayışını təqib etməsinin istədiyi qeyd olunur. Bir yandan prezident Barak Obama da, Konqresin Respublikaçı və Demokrat liderləri ilə Ağ Evdə bir araya gəlib. İraqda baş verənlərdən sonra Vaşinqton tərəfindən edilənlərin müzakirə olunduğu toplantıda İŞİD ilə mübarizə aparmaq üçün İraqa təhlükəsizlik dəstəyinin artırılmasına istiqamətli variant müzakirə olunub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr