Çinin sürәtli qatar layihәsi

Çin Türkiyәdәn keçәcәk sürәtli qatar layihәsini hәyata keçirәcәk.

65266
Çinin sürәtli qatar layihәsi

Çin Türkiyәdәn keçәcәk sürәtli qatar layihәsini hәyata keçirәcәk.
Çinin, biri ABŞ-dan, digәri isә Türkiyәdәn keçәrәk Almaniyaya gedib çıxacaq iki beynәlxalq sürәtli qatar layihәsi üzәrindә işlәdiyi bildirilib.
Ölkәnin rәsmi yayım orqanlarından Beijing Timesın Çin Mühәndislik Akademiyasında vәzifәli Vang Mıngşuya istinadən verdiyi xәbәrdә bildirilib ki, Sakit Okeana çәkilәcәk tuneli dә әhatә edәn layihә Mançuriya-Sibir-Alyaska-Kanada xәtti üzәrindәn ABŞ-a çatmağı nəzərdə tutur.
Bu layihә çәrçivәsindә Çin vә Rusiyanın әmәkdaşlıq vә detalları müzakirә etmәyә hazır olduğu açıqlanıb.
Dünyanın әn uzun dәmir yolu olan üç min kilometrlik Trans-Sibir xәttindәn 10 min kilometr daha uzun olması planlaşdırılan layihә ilә Çindәn ABŞ-na saatda 350 kilometr sürәtlә 2 gündә çatılacağı gözlәnilir.
Layihәyә Rusiya, ABŞ vә Kanadanın necә yanaşdığına dair mәlumat verilmәyib. Bundan başqa, Çinin daha üç fәrqli beynәlxalq sürәtli qatar yolu layihәsini hәyata keçirmәyə hazırlaşdığı bildirilib.
Layihәlәr arasında Sincan Uyğur Muxtar Bölgәsinin paytaxtı Urumçidәn başlamaqla, Qazaxıstan-Özbәkistan-Türkmәnistan-İran-Türkiyә xәtti üzәrindәn Almaniyaya gedəcək dәmir yolu layihәsi dә var.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr