Hərbi əməliyyat həyata keçirilib

Ukraynanın şərqində, rusiyameyilli qruplara qarşı hərbi əməliyyat həyata keçirilib.

60989
Hərbi əməliyyat həyata keçirilib

Ukraynanın şərqində, rusiyameyilli qruplara qarşı hərbi əməliyyat həyata keçirilib.
Separatçı hərəkətlərlə gərginliyin dərinləşdiyi Ukraynanın şərqində biri yerli siyasətçi iki nəfərin meytinin tapılması qarşısında Ukraynanın müvəqqəti prezidenit Aleksandr Turçinov, rusiyameyilli qruplara qarşı əməliyyatların yenidən başladılması təlimatını verib.
Turçinov verdiyi yazılı açıqlamada, Slavyansk yaxınlığında meyti tapılan Vladimir Ribak adlı siyasətçinin, onun da üzvü olduğu Vətən partiyasına mənsub olduğunu bildirib.
Meyti tapılan şəxslərə vəhşicəsinə işğəncə edildiyini bildirən Turçinov deyib ki, bütün Donetsk bölgəsini mühasirəyə salan terrorçular bu dəfə həddi ötmüşdür. Bu cinayətlər, Rusiya Federasiyasının dəstəyi və göz yumması ilə baş verir.
Vladimir Ribakın, Donetsk yaxınlığındakı Gorlovkada məhəlli məclisin üzvü olduğu bildirilib. Cəsədi tapılan digər şəxsin kim olduğu isə açıqlanmayıb. İki şəxsin də bir müddətdir itkin olduğu bildirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr