Türkiyənin PUA-ları dünyanın ən yaxşısıdır

“Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar  Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatlarının (PUA) dünyanın ən yaxşısı olduğunu bildirib.

1782089
Türkiyənin PUA-ları dünyanın ən yaxşısıdır

“Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar  Türkiyənin istehsal etdiyi pilotsuz uçuş aparatlarının (PUA) dünyanın ən yaxşısı olduğunu bildirib.

Selçuk Bayraktar mərkəzi qərargahı Qətərdə olan "Al Jazeera" telekanalına verdiyi müsahibədə dünya miqyasında heyranlıq doğuran yerli PUA və SİHA-ları qiymətləndirib.

Türkiyənin SİHA-larının Suriyanın İdlib şəhərində və Azərbaycanın Qarabağ bölgəsində əldə etdiyi nailiyyətlərə toxunan Bayraktar “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatlarının (SİHA)  dünyanın ən məşhur SİHA-ları olduğunu və 16 ölkədə fəaliyyət göstərdiyini bildirərək, “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatları 27 saat havada qala, yüzlərlə kilometr məsafə qət edə, 130 kiloqram yük daşıya bilir, yüksək həssaslığa malik intellektual hərbi texnika ilə təchiz olunub” deyib.

Avropa ölkələrinin Türkiyə ilə müqayisə ediləcək platformalarının olmadığını xatırladan Bayraktar PUA sənaye sahəsinin Amerika Birləşmiş Ştatları, Çin və İsrail tərəfindən işğal edildiyini, lakin Türkiyənin bu sahədə dünyada ilk üçlükdə olduğunu qeyd edib.

Türkiyənin bu sahədə xarici asılılıqdan qurtulduğunu vurğulayan Bayraktar pilotsuz döyüş təyyarələri ilə bağlı işlərin isə davam etdiyini sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr